Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə106/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   102   103   104   105   106   107   108   109   ...   146

ARDICIL TƏSBİH GÖSTƏRİŞİ


Həzrət Peyğəmbər (s) Allah tərəfindən xüsusi tərbiyə almış və Ona xüsusi inayət (diqqət) olmuşdur. Eyni zamanda onun ixtiyarında Allah tərəfindən xüsusi proqramlar qoyulmuşdur. Ona digər göstərişlərdən daha çox təsbih göstərişi verilmişdir. Qur’an ayələrinə nəzər saldıqda görürük ki, Allahın peyğəmbərə (s) müraciəti və təvəkkül göstərişi səkkiz dəfə, səcdə göstərişi iki dəfə, istiğfar göstərişi səkkiz dəfə, ibadət göstərişi beş dəfə, Allahın zikri göstərişi beş dəfə, təkbir göstərişi iki dəfə, təsbih göstərişi isə on altı dəfə xatırladılmışdır. Peyğəmbərin (s) daim Allahı düşünməsi üçün müxtəlif hallarda təsbih göstərişi verilmişdir:

1. “Günəş doğmamışdan və batmamışdan əvvəl...”1

2. “Gecə və’dəsində və günorta radələrində...”2

3. “...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et.”3

4. “Yuxudan qalxdıqda və başqa vaxtlar Rəbbini həmd-səna ilə zikr et.”4

Bütün bunlar “subhanəllah” zikrinin əhəmiyyətini açıqlayır və insanın əməl, düşüncəsində onun təkmilləşdirici rol oynamasını bəyan edir. İmam Səccad (ə) buyurur: “Bəndə “subhanəllah” dedikdə bütün mələklər ona salam deyərlər.”


QUNUT


“Qunut” dedikdə itaət, dua, Allahı düşünmək və namaz zamanı müt’ilik mə’naları anlaşılır. Qunut namazda əlləri üzədək qaldırıb dua etməkdir. Qunut namazda müstəhəb əməllərdəndir. Amma mərhum Səduq onu vacib hesab edir.

Rəvayətlərə əsasən cümə, sübh və məğrib namazında qunut tutmaq daha çox tə’kid olunmuşdur. Qunutda xüsusi bir duaya ehtiyac yoxdur. İmam Sadiq (ə) buyurur ki, hər bir dua yaxşıdır.1 Lakin bə’zi dualar daha çox tövsiyə olunmuşdur.

Allahın rəsulu (s) namazlarda qunutu uzatmağı tövsiyə etmiş və bunu qiyamət hesabının asanlığı üçün səbəb saymışdır.2 Rəvayətlərdə göstərilir ki, ən yaxşı namaz uzun qunutu olan namazdır.3

Qunut yalvarış halı və Allahdan hacət istəməkdir. Bu vaxt gözəl dualar və uca hacətlərin zikr olunması daha yaxşıdır. Bə’zi alimlər (hacı Molla Hadi Səbzvari) gecə namazının qunutunda “Cuşən kəbir” duasını oxuyurdular. Bu dua çox uzun bir duadır. Bu duada Allahın 1000 adı və sifəti zikr olunur. Belə namaz Allaha və Onunla münacata eşq nişanəsidir.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin