İBADƏTLƏRİMİZLƏ QÜRRƏLƏNMƏYƏK
Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.
Bu bəladan necə uzaqlaşmalı?
Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:
1. Həqiqətən ibadət etmişikmi?
Bə’zən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bə’zən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Qur’an bə’zi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.”2 “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.”3 “Pis əməlləri onlara gözəl görünmüşdür.”4
Dostları ilə paylaş: |