Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə113/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   109   110   111   112   113   114   115   116   ...   146

ŞÜKR SƏCDƏSİ


Allah-təalanın ne’mətlərinə təşəkkür mə’rifət, ədəb və bəndəlik nişanəsidir. Ayə və rəvayətlərdə ne’mətlərə şükür etmək tövsiyə olunur. Ne’mətləri yada salmaq insanın Allaha məhəbbətini artırır və ne’mətləri davamlı edir.1

Ne’mətlərə şükür bəşər gücündən xaric olsa belə, insan bacardığı qədər Allahın ne’mətlərinə və yaxşılıqlarına təşəkkür etməlidir. Şükür formalarından biri torpağa səcdə edib Allaha şükür deməkdir.

Şükür səcdəsi namazın tə’qibatlarındandır.2 Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 83-cü cildini bütövlükdə (yalnız axırıncı səhifələrdən savay) namazın tə’qibatları haqda rəvayətlərə həsr etmişdir. Bu kitabda şükür səcdəsi barədə pak imamlardan (ə) 63 hədis nəql etmişdir.

Namazdan sonra səcdə namaz üçün əldə edilmiş tövfiqə görə şükürdür.3

Şükür səcdəsində üç dəfə “şukrən lillah” demək kifayətdir. Lakin hədisdə belə deyilir: Əgər insan bir nəfəsə “ya Rəbb, ya Rəbb” desə, Allah ona xitab edər: “Ləbbeyk! Ma hacətək?” “Qəbul etdim! Nədir hacətin?”4

İmam Sadiq (ə) buyurur: “Namazdan sonra şükür səcdəsi namazın kamilləşməsinə, Allahın razılığına və mələklərin təəccübünə, xoşlanmasına səbəb olur. Allah onlardan dəfələrlə soruşur: “Bu bəndənin mükafatı nədir?” Onlar deyirlər: “Sənin rəhmətin və behiştin, onun müşküllərinin həll olması və hər bir xeyir.” Lakin bu sözdən sonra heç bir cavab eşitmir və Allaha ərz edirlər: “Biz bu səcdənin mükafatının nə olduğunu bilmirik? Allah-təala buyurur: “O mənə şükür etdi, mən də ona təşəkkür edirəm.” Allah-təala bu cümlə ilə mələklərə bildirir ki, Allahın ondan razılığı və ona təşəkkürü behişt, rəhmət və müşküllərin həllindən üstündür.”1

Hədisdə deyilir: Allah həzrət Musaya (ə) buyurdu: “Səni peyğəmbərliyə seçməyimin səbəbi namazdan sonra etdiyin səcdələr idi.”2


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin