Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə115/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   111   112   113   114   115   116   117   118   ...   146

GECƏ NAMAZI


Nafilələr arasında “gecə namazı”nın xüsusi yeri vardır. Qur’an ayələri və hədislərdə digər müstəhəb namazlardan daha çox gecə namazına tə’kid olunmuşdur. Buna görə Allahın övliyaları davamlı şəkildə gecə namazı qılırdılar. Allah sevimli bəndəsi həzrət Məhəmmədə (s) gecə namazını vacib etdi. O belə göstəriş verdi: “Gecənin bir vaxtı durub sənə xas olan əlavə namazı qıl.”1

Qur’an gecə namazı qılan və gecələr dua edib yalvaranları belə vəsf edir: “...Sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir.”2 “Okəslər ki, gecəni Rəbbi üçün səcdə və qiyam halında keçirər.”3 “Onlar gecələr az yatırdılar.”4

Mö’minlər sübh vaxtı və gecələr ibadət üçün yataqlarından qalxar və ibadətə məşğul olarlar. Onlar behişt, hurilər və bu kimi ne’mətlərdən başqa Allah tərəfindən saxlanılmış və gözlərinin işıqlanmasına səbəb olan ne’mətlərlə mükafatlandırılarlar.5

Buna görə gecə namazı bütün peyğəmbərlərə lütf olmuşdur.6 Allahın rəsulu (s) bir neçə dəfə həzrət Əliyə (ə) gecə namazını tövsiyə etdi: “Unutmayasan gecə namazını!”7

Başqa bir hədisdə deyilir: “Mö’minin şərəfi gecə namazıdır.”8

İmam Sadiq (ə) buyurur: “Gecə namazı qılınan və Qur’an oxunan evlər səma əhlinə parlaq ulduzlar kimi görünər.”9

Bundan əlavə, sübhlər qalxıb faydalı havadan bəhrələnmək bədənə və ruha müsbət tə’sir göstərir. Hədisdə deyilir: “Gecə ibadət etmək sağlamlığa səbəb olur.”2 Başqa bir hədisdə gecə namazının mə’nəvi tə’sirlərindən əlavə ağrıların sakitləşməsinə səbəb olduğu bildirilir.3

Gecə namazı insanın Allaha məhəbbətinin nişanəsidir. Bu eşq insanı yuxudan ayırır və gecə raz-niyazına vadar edir. Əgər bu eşq olmasaydı insan hansı maraqla tənhalıq və qaranlıqda istirahətdən ayrılıb mə’şuqla söhbət edərdi?

Qüdsi bir hədisdə Allah-təala buyurur: “Məni sevdiyini iddia edib gecə çatan kimi yatan şəxs yalançıdır. Məgər bütün aşiqlər mə’şuqla xəlvətdə qalmaq istəmirmi?”4

Gecə namazı üçün tövfiq lazımdır. Bu tövfiqi Allahdan istəməliyik.

Bə’zən günahlar və yalanlar insanın gecə namazından, duanın şirinliyindən məhrum olması ilə nəticələnir.

Hədisdə deyilir: “Bə’zən bir şəxs yalan danışır və buna görə gecə namazından məhrum olur.”5

İnsan davamlı şəkildə gecə namazı qılıb, ibadət etməklə kamillik və nəfs paklığına nail olur, Allaha yaxınlaşır. Bununla da onun gözü, qulağı və əlləri ilahiləşir (yalnız haqqı görür, haqqı eşidir və ilahi işlər görür), etdiyi hər bir dua qəbul olunur.6


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin