CAMAAT NAMAZININ TƏ’SİRLƏRİ
Cəm formada dini göstərişlərin icrası qeyd olunan mükafatlardan əlavə, müsəlmanların ictimai və fərdi həyatında müsbət tə’sirlərə malikdir.
1. Mə’nəvi təsirlər
Camaat namazının ən böyük mə’nəvi tə’siri qeyd etdiyimiz ilahi mükafatlardır. Rəvayətdə deyilir ki, bir gecə həzrət Əli (ə) səhərədək ibadətə məşğul oldu. Sübh vaxtı namazını təklikdə qıldı.
Allahın rəsulu (s) sübh camaat namazında həzrət Əlini (ə) görmədi və onun evinə getdi. Həzrət Fatimə (ə) həzrət Əlinin (ə) gecəni oyaq qalıb üzürlü olduğunu bildirdi. Peyğəmbər (s) buyurdu: “Sübh camaat namazında iştirak etmədiyi üçün Əlinin (ə) itirdiyi mükafat bütün gecə edilən ibadətin mükafatından üstündür.”1
Allahın rəsulu (s) buyurur: “Mənimçün sübh namazını camaatla qılmaq sübhədək gecəni oyaq qalıb ibadət etməkdən sevimlidir.”2
Bütün bu fəzilət və mükafatlara görə namaz qılanların sayı on nəfəri keçərsə, bütün səmalar kağız, dəryalar mürəkkəb, ağaclar qələm və mələklər katib olsa belə, onun bir rəkətinin mükafatını yaza bilməzlər.3 Tə’xirlə qılınan camaat namazı ilk vaxt qılınan fərdi namazdan yaxşıdır.4
Dostları ilə paylaş: |