Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə121/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   117   118   119   120   121   122   123   124   ...   146

ƏDALƏTİ TANIMA YOLU


Ədalət və bu kimi sifətlər batinə bağlıdır. Lakin insanların əməllərinə nəzər yetirməklə onların ədalətli olub-olmamasını anlamaq olar. Rəvayətlərdə bə’zi ədalət nişanələri qeyd olunmuşdur. Eyni zamanda insanları ədalətli hesab etmək üçün bə’zi me’yarlar tə’yin edilmişdir.

İmam Sadiqdən (ə) soruşdular: “Ədalətli şəxs kimdir?” Həzrət (ə) buyurdu: “Naməhrəmə baxmayan, dilini günaha və əlini zülmə batırmayan şəxs.”1

Allahın rəsulu (s) alicənab və ədalətli insanları belə vəsf edir: “Xalqla müamilə edərkən zülmə yol verməyən, yalan danışmayan və və’dəsinə xilaf çıxmayan şəxsin mürüvvəti kamil, ədaləti aşkardır.”2

İmam Sadiqdən (ə) soruşdular: “İnsanın ədalətli olmasını necə bilək?” Həzrət (ə) buyurdu: “Bir şəxs həyalı və iffətli olsa, yeməkdə, danışıqda və şəhvətdə günaha yol verməsə, zina və şərabxorluq kimi günahlardan çəkinsə, müsəlman cəmiyyətini üzrü olmadan tərk etməsə, o ədalətlidir; onda eyb axtarmaq və qeybətini etmək xalqa haramdır...”3 Başqa bir rəvayətdə oxuyuruq: “Beş vaxt namazını camaatla qılan şəxsə qarşı xoş münasibətdə olun və onun şəhadətini qəbul edin.”1

Olsun ki, fəqihlər insanın müsəlman cəmiyyətində iştirakını və günah məclislərindən uzaqlığını onun zahirən ədalətli sayılması üçün yetərli bilmişlər.

İmam Baqir (ə) qadınların ədaləti barəsində buyurur: “Hicablı və hörmətli ailədən olması, ərinə itaət etməsi, rəva olmayan işlərdən çəkinməsi və lazımsız yerlərdə gözə görünməməsi ədalətli qadının nişanələridir.”2

Bə’zi rəvayətlərdə aşkar pis günahlara görə cəmiyyətdə şallaqlanmış, xalq arasında pis işləri ilə tanınmış və özünə qarşı bədgümanlıq qazanmış şəxs “fasiq” adlandırılır.3

Əlbəttə, şəxsin ədalətli olması o demək deyil ki, o ömrü boyu heç bir günaha batmamalıdır. Çünki bu xüsusiyyət yalnız peyğəmbərlər və mə’sum övliyalara aiddir. Lakin şəxsin aşkarda günah etmədiyini görməyimiz kifayət edər. Əgər bir şəxs özünü ədalətli hesab etməsə, hətta xalqa ədalətli olmadığını desə, lakin xalq onun ədalətli və təqvalı olduğunu qəbul etsə, o şəxs pişnamaz ola bilər və xalqın bu şəxsə iqtida etməsinin heç bir eybi yoxdur. Əgər xalq bu şəxsə iqtida etməyə meylli olsa boyun qaçırmamalıdır.4 Hətta namazdan sonra pişnamazın ədalətli olmaması mə’lum olarsa onun arxasında qılınmış namazlar düzgündür və bu namazları təzələmək lazım deyil.5



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin