4. Aqibətimiz gözəl olacaqmı?
Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük ne’mətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.”2
Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”3
Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Qur’an bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir.4
Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!
Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!
Dostları ilə paylaş: |