DİN ÖVLİYALARININ YOLU
Allahın rəsulu (s) və mə’sum imamların (ə) cümə namazına münasibəti onun əhəmiyyəti və zəruriliyini göstərir.
Həzrət Əli (ə) buyurur: “Cümə günü dərman (zəiflədici dərmanlar) qəbul etməyin.” Soruşdular: “Nə üçün?” Həzrət (s) buyurdu: “Cümə namazında iştirakınızın qarşısının alınmaması üçün.”1
İmam Sadiq (ə) buyurur: “Peyğəmbərin dostları cümə axşamından cümə gününə hazırlaşırdılar. Çünki cümə günü (bu günə aid işlər üçün) vaxt dar olur.”2
Əmirəl-mö’minin (ə) məhbusları və müttəhimləri cümə namazında iştirak etmək üçün zindandan xaric edirdi. Bu şəxslərin valideynləri onların qayıtmaları üçün zamin dururdular. Həzrət (ə) məhbus fasiqləri də cümə namazında iştirak etmək üçün zindandan xaric edir və onları nəzarət altında saxlayırdı.1
Həzrət Əli (ə) cümə namazını böyük sayaraq ayaqyalın məscidə gedirdi. O, ayaqqabılarını sol əlində tutub deyirdi: “Bu namaza Allahın xüsusi diqqəti var.” Həzrət Əli (ə) Allah qarşısında təvazö olaraq belə edirdi.2
Deyilənlərdən cümə namazının əhəmiyyəti aydınlaşır. Müsəlmanlar bu siyasi-ibadi səhnədə iştirak etməlidirlər.
Ümmətin imamı (r) buyurur: “Cümə namazı İslamın ictimai-siyasi gücünün nümayişidir. Bu namaz əzəmətli və dəyərli bərpa olunmalıdır... Böyük və əziz millət öz iştirakı ilə bu İslam səngərini daha möhkəm və daha əzəmətlə qorumalıdır. Beləcə, cümə namazının bərəkəti ilə xainlərin hiyləsi puça çıxarılmalıdır.3
Dostları ilə paylaş: |