İBADƏT FÜRSƏTİ
Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”4
Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.”1
Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, imkan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!”2
Dostları ilə paylaş: |