1. Yetkinlik (büluğ həddi)
Oğlanlar qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.1 Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə yetkinlik hədləri də vardır. Məsələn, “siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mə’nasını bildirir. Kərbəlada şəhid olmuş imam Həsən Müctəbanın (ə) övladı Qasim mə’sum imam olan əmisinə deyir: “Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.
“İqtisadi yetkinlik” dedikdə insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qur’ani-kərim buyurur: Yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: “Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.”1
“İzdivac yetkinliyi” dedikdə oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı yaşayışı idarə edib, məs’uliyyətli olması başa düşülür. Çünki bu məs’uliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.
Dostları ilə paylaş: |