1. Öncə dedik ki, büluğ həddi vəzifəlilik şərtidir. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan kəslər tamamilə azad buraxılsın. Qur’an da bə’zən yetkinlik yaşına çatmayan şəxslərə müraciət edir: İcazəsiz otağa daxil olmasınlar. Ata-ana və başqaları istirahət edərkən giriş üçün onlardan icazə alsınlar.2 Həzrət Loğman övladına belə göstəriş verir: “Oğulcan, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işlərə qadağa qoy.”3
2. Büluğ həddinin vəzifəlilik şərti olmasına baxmayaraq, valideynlər öz körpələrini yetkinliyə çatmazdan öncə dini sünnələr və mərasimlərlə, xüsusilə namaz və orucla tanış etməlidirlər. Bə’zən işin ciddiliyini anlatmaq üçün namazın tərkinin aqibətini açıqlayıb, digər tənbehlərdən istifadə edə bilərlər.
3. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin yetkinlik yaşına çatmamış şəxs kiməsə ziyan vurarsa, onun valideynləri ziyanı ödəməlidirlər. Çünki xalqın hesabı Allahın hesabından ayrıdır.
4. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin uşaqlar yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Əgər səhv edib, pis əməllərə yol versələr tənbeh olunacaqlar.
Dostları ilə paylaş: |