Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə26/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   22   23   24   25   26   27   28   29   ...   146
2. Qüvvə bacarıq

Qüvvə və bacarıq vəzifəlilik şərtidir. Zəif şəxslər vəzifəli deyillər. Hər şəxsdən öz gücünə görə tələb olunur. İlahi hökmlərdə də qüvvə məhdudluğu nəzərə alınmışdır. Allah-təala buyurur: “Biz heç kəsə gücündən artıq iş tapşırmırıq.”1 “Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”2 Əlbəttə, insanın gücündən artıq çətinlik nəzərdə tutulur. Yoxsa, dindarlıq zəhmət və çətinliklə yanaşıdır.

Hətta çətinliklə dolu cihad məsələsində xəstə, əlil, kor və cihad etmək üçün zəif şəxslər istisna olunur: “(Cihada getməməyə görə) kora, topala-şilə, bir də xəstəyə günah gəlməz.”3

3. İxtiyar

Günaha məcbur edilən və ya zorla vəzifəsindən daşındırılan şəxs üçün cəza yoxdur. Yə’ni əməldə azadlıq və ixtiyar vəzifəlilik şərtidir. Məcburi hallarda məsələnin hökmü başqadır. Məsələn, zülmkar bir qüvvə müsəlmanların həccə getməsinə mane olur və ya bir şəxs aclıqdan ölüm halına çatıb, murdardan savay yeməyə heç bir şey tapmır.



4. Ağıl

Ağıl və şüur insanın dəyəri və vəzifəlilik me’yarıdır. Hesab-kitab və cəza ağıla əsaslanır. Ağıldan məhrum şəxslər vəzifəli deyil, onlar üçün cəza və mükafat yoxdur. Bə’zi rəvayətlərdə ağılın ilk məxluq olduğu və həqiqi bəndəliyin ağıldan qaynaqlandığı göstərilir. Hədis kitablarında əql mövzusu başqa mövzulardan öndə gəlir. (Məsələn, “Üsuli-Kafi”, “Vafi”, “Bihar”)

İslamda ağılın zəifləməsinə səbəb olan şeylər (məsələn spirtli içkilər) qadağandır. Ağıl və düşüncənin artmasına səbəb olan işlər isə bəyənilmişdir. Məsələn, tə’lim, mütaliə, səfər, məşvərət və...


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin