Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə27/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   23   24   25   26   27   28   29   30   ...   146

İBADƏTİN DÜZLÜK ŞƏRTLƏRİ


İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:

Düzgün hədəf;

Düzgün şəkildə ibadət.

DOĞRU HƏDƏF


İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur.1

İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tə’rif və hörmət gözləməyəsən.”1 Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”2

İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin