DÜZGÜN ŞƏKİLDƏ İBADƏT
Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.
Allahın rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.”3
Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.”4
Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rəkətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir.
Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır.
Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud nazik olarsa qıfılı açmaz.
İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun”1 ayəsini belə təfsir edir: “Ayənin məqsədi budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.”2
Dostları ilə paylaş: |