Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


İBADƏTİN FORMACA DƏYİŞMƏ AMİLLƏRİ



Yüklə 1,03 Mb.
səhifə29/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   25   26   27   28   29   30   31   32   ...   146

İBADƏTİN FORMACA DƏYİŞMƏ AMİLLƏRİ


Qur’an əvvəlki qövmlərin ibadət formalarını dəyişib, ilahi qəzəbə düçar olmalarını yad edir. İbadətin formaca dəyişməsinin müxtəlif amilləri olub. Onların hər biri haqqında Qur’andan bir nümunə göstəririk:

1. İbadət formasının inadkarcasına dəyişdirilməsi

Allah-təala Bəni-İsrailə göstəriş verdi ki, müqəddəs məkana daxil olarkən “həttə” (yə’ni İlahi, günahlarımızı bağışla) kəlməsini desinlər. Onlar inadkarlıq və istehza edərək “hənətə” (yə’ni “buğda”) dedilər. Onlar ilahi qəzəbə düçar olub həlak oldular.3



2. İbadət formasının ziyalınümalıqla dəyişdirilməsi

İslam dörd ayda vuruşmağı qadağan edir. Bu məcburi atəşkəs üç ardıcıl aya (Zilqə’də, Zilhiccə, Məhərrəm) və bir ayrıca (Rəcəb) aya təsadüf edir. Qur’an bu ayları “onların dördü haram aylardır” tə’biri ilə ifadə edir və bu aylarda vuruşmağa qadağa qoyur.4 Bu aylarda yalnız müdafiəyə icazə verilir.

Bə’ziləri ziyalınüma düşüncələri və şəxsi səliqələrinə əsasən bu ayları dəyişib deyirlər: Heç bir fərqi yoxdur! Əsas məqsəd il ərzində dörd ay vuruşmamağımızdır!

Qur’an haram edilmiş aylarda dəyişiklik yaratmağı pisləyir və bu işi küfr hesab edir: “Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana, zilqə’də, zilhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır...”1



3. İbadət formasını müqəddəsnümalıqla dəyişdirmək

Burada məzhəb örtüyü və şər’i hiylələrlə öz istəklərinə çatmaq istəyənlər nəzərdə tutulur. Onlar bu yolla vicdan və ilahi qanunlara kələk gəlmək istəyirlər. Nümunə üçün Bəni-İsrail macərasını göstərmək olar. Allah-təala şənbə günü balıq ovunu onlara haram etdi. Onlar su kənarında çalalar qazırdılar. Balıqlar çalalara daxil olduqdan sonra ertəsi gün onları tutub, deyirdilər: “Biz şənbə günü balıq tutmamışıq!”

Bir neçə Qur’an ayəsində yuxarıdakı macəra bəyan olunur və Bəni-İsrail bu işə görə məzəmmət edilir. (Məsələn, “Ə’raf” surəsi, ayə 163)


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin