3. Əxlaqi şərt: Təqva
Qur’anda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verdilər. Lakin birinin qurbanı qəbul oldu, o birininki isə qəbul olmadı. Allah-təala buyurur: “Allah yalnız təqvalılardan qəbul edir.”2
Nəql olunur ki, bir şəxs bazardan keçərkən bir dükandan iki çörək, o biri dükandan iki nar oğurladı. Sonra çörək və narı fəqirə verdi. Ona dedilər: “Bu nə işdir?” Dedi: “Allah hər günaha bir cəza, lakin hər savaba on qat mükafat verir. Mən iki nar, iki çörəklə dörd günah etdim, lakin onları fəqirə verib qırx savab qazandım. Qırx savabdan dörd günah çıxılanda otuz altı savab qalır.” Ona dedilər: “On qat mükafat təqva əsasında iş görənlərə verilir. Qəsb olunmuş maldan infaq etməyin mükafatı yoxdur. Yoxsa, oxumamısan ki, “Allah yalnız təqvalılardan qəbul edir.”3
Dostları ilə paylaş: |