İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ
İbadətin düzgünlük və qəbul olma şərtlərindən əlavə kamillik şərtləri də var. Bu şərtlər ibadətin daha dəyərli və daha tə’sirli olmasına səbəb olur:
1. Çətinliyi olsun
Asan ibadətlər hamının əlindən gəlir. Lakin daha çox iradə, əziyyət tələb edən çətin ibadətlər daha dəyərlidir və kamilliyə daha yaxındır. Qur’an çətin vaxtlarda Allahın peyğəmbərinə kömək edən şəxsləri mədh edir.2 İmam Həsən Müctəba (ə) minik olmasına baxmayaraq, daha çox mükafat əldə etmək üçün həccə piyada gedirdi. Qur’an yumşaq və isti yataqdan ayrılıb yalvarış və namaza başlayanları tə’rif edir.3
Həzrət Əli (ə) buyurur: “Ən üstün iş özünü vadar etdiyin işdir.”4
Qur’an çox çalışan və böyük mücahidlərin məqam və mükafatının daha üstün olduğunu bildirir: “Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”
Dostları ilə paylaş: |