2. Əhəmiyyətli olsun
Əhəmiyyətli işlər görmək ağıl, uzaq görənlik və xeyir tanıma nişanıdır. İslam daha faydalı və daha mühüm olan işlərə çağırır. İstər elm öyrənməkdə, istər ibadətdə, istərsə infaqda! İslam peyğəmbəri (s) buyurur: “Ehtiyaclı yaxınlar olan halda özgələrə kömək dəyərsizdir.”5 Həzrət Əli (ə) buyurur: “Müstəhəb namazlar vacib namazlara ziyan yetirərsə, Allaha yaxınlığa səbəb olmaz.”1
3. Daimi tə’sirə malik olsun
İnsan əməlinin faydası onun bərəkətindədir. Daimi tə’sirli ibadətlər kamil ibadətlərdir. Bə’zi kiçik işlər bə’zi böyük işlərdən daha çox inkişafa səbəb olur. Bə’zi müqəddimələr bir çox əsərlərdən daha çox tə’sirli və bərəkətlidir. Demək, bərəkət ibadətin kamillik şərtlərindəndir.
Dostları ilə paylaş: |