NAMAZI TƏRK ETMƏK
Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.”4
Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.”5
Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.”6 “Namazın tərki İslamla küfr arasında sərhəddir.”7
Dostları ilə paylaş: |