Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə53/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   49   50   51   52   53   54   55   56   ...   146

NAMAZIN QAYDALARI


Namazın qaydalarına (məsələn, dişləri yumaq, təmizlik, Allahı düşünmək və sair) riayət etmək ibadətin kamilliyinə səbəb olur. İmam Baqir (ə) buyurur: “Namazda Allahı düşün. Çünki namazın Allahı düşünməklə qılınan hissəsi qəbul olunur.”1

Sonra həzrət (ə) buyurur: “Namaz zamanı əllərinlə və üzünlə oynama. Çünki bu işlər namazın naqisliyinə səbəb olur. Yuxulu və yorğun halda namaz qılma. Çünki belə namaz münafiqlərin namazıdır...”2

Həzrət Peyğəmbər (s) buyurur: “Təqvalı insanın iki rəkət namazı təqvasız insanın 1000 rəkət namazından üstündür.”3

İmam Sadiq (ə) buyurur: “Namaz zamanı dünya və onda olan hər bir şeydən ümidini üz, bütün düşüncəni Allaha yönəlt. İlahi ədalət məhkəməsinin qarşısında duracağın günü yada sal...”4 “Bə’zən Allah 50 il ərzində insandan bir namazı belə qəbul etmir.”

Hədisdə deyilir: “Bə’ziləri Allahla o qədər e’tinasız söhbət edir, diqqətsiz namaz qılırlar ki, qonşu ilə belə söhbət etsələr cavab almazlar.”1 Həzrət Peyğəmbər (s) buyurur: “Dişlərini fırçalayan şəxsin iki rəkət namazı dişlərini fırçalamayan şəxsin 70 rəkət namazından üstündür.”2


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin