1. Ədəbli olmaq
İnsanın Allahın əzəməti qarşısında ədəbi onun namazda ən gözəl və təmiz paltarlar geyməsindən, qəlbi ilə iştirak etməsindən, zahiri və batini səliqədə olmasından ibarətdir. Hətta Peyğəmbər (s) və imamların (ə) qəbirlərinin kənarında qılınan namazlarda da bə’zən ədəbsizliyə yol verilir və namaz batil olur.4
2. İnsanların hüquqlarına riayət etmək
Bu şərtlərin bə’zisi insanların hüquqlarının qorunması üçündür. Namaz qılan şəxsin libas və paltarının halal olması islami hökumətin yoxsullarının haqqın (xüms və zəkat) qorunması ilə nəticələnir. Hətta yoldan ötənlərə maneçilik yaranarsa yol kənarında namaz qılmaq haramdır.1
Haqq sahibləri qəlbən razılıq verməlidir. Əgər zahirdə razı olduqlarını desələr, lakin qəlbən razı olmadıqlarını bilsək namaz batil, sahiblik haramdır. Əgər zahirdə razılıq bildirməsələr, lakin qəlbən razı olduqlarını bilsək, namazımız düzgündür.
Dostları ilə paylaş: |