Niyyət və əməldə ixlas əldə etmək yollarından bir hissəsi bunlardan ibarətdir:
1. Dəyərlərə diqqət
Qızılla dəmiri, ipəklə pambığı fərqləndirməyən, müştərini tanımayan və bazar qiymətini bilməyən şəxslər malı ucuz satırlar.
Qur’an insanın özünü və əməllərini puç etməməsi üçün hər üç zəmində yol göstərir:
1.Mal- Qur’an insanın Allahın xəlifəsi, yaranmışların ən üstünü və yaranışın hədəfi olduğunu bəyan edir, ona yüksək qiymət verir.
2.Müştəri- Allah özü insanın yaxşı əməllərini alır. Allah bütün alıcılardan üstündür:
a) Baha alır (behişt qiymətinə).
b) Az işləri də qəbul edir.1
v) Yaxşı niyyətlərə də mükafat verir.
q) Pis və çirkin işləri gizlədir, yaxşıları aşkarlayır.
3. Qiymət- İnsanın qiyməti behiştdir. Özünü bundan ucuz satanlar ziyan etmişlər. Qur’an deyir ki, günahkarlar özlərini uduzub və zərər etmişlər. Qur’an dəfələrlə azğın yolda olan şəxslər haqqında “ticarətləri fayda verməyib” deyir.
İmam Əli (ə) buyurur: “Ən pis ticarət odur ki, dünyanı özünə qiymət biləsən!”2 Öz qiymətini bilən insan Allahdan qeyrisi üçün çalışmaz.
Dostları ilə paylaş: |