SAĞLAM NİYYƏTLƏR
Alçaq və puç niyyətlərin müxtəlif formalarına işarə olundu. İlahi niyyətlər də müxətlif formalarda ola bilər. Onlardan bə’ziləri daha dəyərli olur.
1. İlahi mühakimə və məqamdan qorxu
Bə’zən Allaha cavab vermək, ilahi mühakimənin çətinliyi və cəhənnəm qorxusundan günahlar tərk olunur və ya ibadət edilir. Qiyamət çətinliklərindən qorxu bə’zi işlərin görülməsi üçün amil ola bilər. Həzrət Əli (ə) və Fatimənin (ə) səmimi sədəqəsi barəsində Qur’an buyurur: “Biz (öz yeməyimizi yoxsula veririk,) qaranlıq və tutqun qiyamət günü Allahımızdan qorxuruq!”1
Dostları ilə paylaş: |