2. Mükafata ümid
Behişt mükafatlarını əldə etmək ibadət üçün səmimi niyyətdir. Qur’an yüzlərlə ayədə behişt və onun ləzzətlərinin əməli-saleh insanlar üçün mükafat olduğunu yad edir. Bir çox rəvayətlərdə saleh əməllər üçün axirət mükafatları göstərilmişdir. Bu mükafatlar insanın yaxşı əməl etməsi üçün amildir.
3. Ne’mətlərə görə təşəkkür
Allahın saysız ne’mətlərinə təşəkkür ibadət üçün səmimi niyyətlərdəndir. Həzrət Əli (ə) buyurur: “Əgər Allah-təala günaha görə əzab və’di verməsəydi, ne’mətlərinə təşəkkür olaraq günah etməmək vacib olardı.”2
4. Həya
Bə’zən Allah qarşısında həya onun əməllərini yerinə yetirməyə və günahlardan çəkinməyə səbəb olur. İnsan aləmin Allah qarşısında olduğunu və Allahın ona nəzər saldığını anlasa hörmət edib, günaha yol verməz. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən. Sən Onu görməsən də, O səni görür.”
5. İlahi məhəbbət
Bə’ziləri Allahı ibadətə layiq bilib eşqlə pərəstiş edir. Həzrət Əli (ə) belə abidlərin ən qabaqcılıdır. O həzrət Nəhcül-bəlağədə buyurur: “Bir dəstə Allaha behişt ümidi ilə ibadət edir. Bu tacirlərin ibadətidir. Bə’ziləri cəhənnəm qorxusundan ibadət edir. Bu, qulların ibadətidir. Lakin azad insanlar Allaha ne’mətlərinə təşəkkür olaraq ibadət edirlər.”1
Həzrət Əli (ə) bir münacatda ərz edir ki, İlahi, Səni ibadətə layiq bilib pərəstiş etdim.”
Qiyamətdə də insanlar niyyətlərinə görə seçiləcəklər.2
Dostları ilə paylaş: |