Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə76/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   72   73   74   75   76   77   78   79   ...   146

İXLAS NİŞANƏLƏRİ


Bir çoxları səmimi, ixlasla əməl və niyyət etdiklərini düşünürlər. Amma diqqətlə baxsalar, əməllərində qeyri-ilahi niyyətlərin olduğunu görərlər. Qur’an və hədislər əsasında bə’zi ixlas nişanələrini nəzərdən keçirək:

1. Başqalarından ummamaq

Qur’ani-kərimin bu mövzuda işarə etdiyi nümunə həzrət Əli (ə) və Fatimənin (ə) iftar verməsidir. İmam Həsən (ə) və imam Hüseyn (ə) körpə yaşlarında xəstələnmişdilər. Həzrət Peyğəmbər (s) və səhabələr onları yoxlamağa getdilər. Əliyə (ə) təklif etdilər ki, onların şəfası üçün nəzir etsin. Həzrət Əli (ə) və Fatimə (ə) nəzr etdilər ki, körpələr şəfa tapan kimi üç gün oruc tutacaqlar. Allah körpələrə şəfa verdi. Həzrət Əli (ə) və Fatimə (ə) oruc tutdular. Bu böyük şəxsiyyətlər gün ərzində özləri çətinliklə bir ədəd çörək bişirirdilər. Birinci gün iftar vaxtı qapı döyüldü. Bir nəfər fəqir ehtiyacı üzündən bu qapıya pənah gətirib çörək istəyirdi. Onlar həmin gün üçün hazırladıqları çörəyi o fəqirə verib özləri su ilə iftar etdilər. İkinci, üçüncü gün də bu hadisə təkrarlandı. Üç gün yeməksiz oruc tutan ailə rəngləri qaçmış halda həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar barəsində “Dəhr” surəsi nazil oldu. Burada həmin xalis əmələ işarə olunurdu: “Biz sizə Allaha xatir təam veririk və sizdən heç bir mükafat, təşəkkür istəmirik.”1

Onlar ixlasla və Allaha xatir təam verdilər. Təam və bəxşiş vermək onların xarakterinin bir hissəsi idi. Yeməklərini verdilər, qonaq və yoxsulun təkrar gəlişindən narahat olmadılar, onlardan heç bir təşəkkür ummadılar. İnsan bə’zən könüllü olaraq pulsuz işləyir. Lakin istəyir ki, onun işindən cəmiyyət xəbər tutsun.

Bə’zən dildə mükafat ummadığını deyir. Lakin qəlbində mükafat gözləyir.

Bə’zən yaxşı işlərinə görə təşəkkür edilmədikdə narahat olur, süstləşir. Bütün bunlar ixlasın olmaması nişanəsidir. İxlaslı şəxs üçün xalqın tənqid, yoxsa tə’rif etməsi tə’sirsizdir. İnsan vəzifəsinə əməl etməlidir. İstər xalq bilib təşəkkür etsin, istər xəbərsiz qalıb, təşəkkür etməsin!


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin