Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə78/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   74   75   76   77   78   79   80   81   ...   146
3. Peşiman olmamaq

Allaha xatir işləyənlər və başqalarından umacağı olmayanlar heç zaman işlərindən peşiman olmurlar. Onlar Allaha xatir işlədikləri üçün mükafatlarını almışlar. İstər dünyəvi nəticəsi olsun, istər olmasın!

Əgər Allaha xatir bir mö’minin və ya xəstənin görüşünə gedib, onu evdə tapmasanız peşiman olmayın. Çünki savabınızı almısınız. Gündəlik qarşılaşdığımız hadisələr peşmançılıq çəkməyimizə səbəb olursa, niyyətimizə diqqət etməliyik!

4. Etinasızlıq, yaxud diqqət mərkəzində olmaq eynidir.

Vəzifələri yerinə yetirərkən ixlaslı şəxslər üçün xalqın onları qəbul edib-etməməsi, diqqət və ya e’tinasızlıq göstərməsi fərqsizdir. Onların fikrincə tə’rif və tənqid eynidir. Əgər bir şəxs xalq tərəfindən qəbul edildikdə sevinib, e’tinasızlıq gördükdə pərişan olursa, bu hal zəif ixlas əlamətidir. Əlbəttə, mümkündür ki, insan öz sevincini xalqın haqqa gəlişi, öz narahatçılığını xalqın dinə soyuq yanaşması ilə əlaqələndirsin. Lakin zahiri əlaqələndirmə kifayət etmir və qəlbə nəzər salmaq lazımdır. Həzrət Əli (ə) buyurur: “Riyakarın üç nişanəsi var: Təklikdə yorğun və halsız olur; xalq arasında (ibadət və əməldə) əhval-ruhiyyə tapır; tə’rif edildikdə çox, tənqid olunduqda az işləyir.”1

Allah bizi bu qorxulu xəstəlikdən qorusun! Mütəxəssis olduğu bu sahəyə uyğun xəstəliklə dünyadan gedən həkimlər kimi olmayaq! Özümüz ixlasdan yazıb, riya və şirklə dünyadan getməyək!


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin