Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə79/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   75   76   77   78   79   80   81   82   ...   146
5. Sabit hərəkət

İxlaslı insan zaman və məkan yox, ilahi göstərişlər əsasında yaşayır. Buna görə vəzifələrini ardıcıllıqla və sabit şəkildə yerinə yetirir. Təkrar-təkrar əməllərdən yorulmur. Onun qocalıq və ya fiziki zəifliyə görə az əməl etməsi mümkündür. Lakin əhval-ruhiyyəsi və məqsədi dəyişmir.



6. Var-dövlət məqamın maneçilik törətməməsi

İxlaslı şəxslərin öz vəzifələrini yerinə yetirməsinə var-dövlət və məqam maneçilik törətmir. İxlaslı şəxslər hətta özlərini də fəda etməyə hazırdırlar. Onlar bu yolda şəxsi istəklərindən keçirlər. Var-dövlət, məqam, yaxınlar və dostlara bağlılıq vəzifələrin yerinə yetirilməsinə mane olarsa ixlas məhv olar. Qur’an buyurur: “...Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən (s) və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın qəzəbini və əzabını gözləyin.”1

İxlaslı insan məkana, zamana, qadına, məskənə və özünə bağlı deyil. O yalnız Allahın razılığını düşünür.

Deyirlər ki, bir atlı su arxına yaxınlaşdı. Nə qədər şallaq vurdusa at suya girmədi. Atlı özü suya girdi və atı cilovundan çəkməyə başladı. Lakin at yenə də gəlmədi. Yaxınlıqda olan bir aqil dedi: “Ata minib əlindəki çubuqla suyu bulaşdırsan, at keçər.” Atlı belə də etdi və at rahat-rahat sudan keçdi. O bu işin hikmətini soruşdu. Aqil dedi: “At təmiz suda öz əksini görürdü və özünü tapdamaq istəmirdi. Lakin su bulaşan kimi ötüb keçdi!”

Bəli, özünü bəyənən, var-dövlət, məqam, övlad və sənətə tam bağlanan şəxslər ixlaslı ola bilməzlər. Çünki ixlas yolunda hər şeydən keçilməlidir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin