8. Firqə təəssübündən uzaqlıq
İxlas insanı hər yerdə ardıcıl və yorulmadan təlaşa vadar edir. Lakin ixlassız işlərdə bə’zən qrup təəssübkeşliyi yaranır. İxlassız şəxs uyğun firqəyə üzv olduqda fəal və şad olur. Lakin bu firqə və ya qrupdan ayrıldıqda əvvəlki əhval-ruhiyyəsini itirir, kənara çəkilir, bə’zən də müxalif olur. İxlaslı insan xüsusi təşkilat və ya qrupa bağlı deyil. O istənilən bir firqənin batil olduğunu müəyyən edərkən kənara çəkilir və (ixlas ruhiyyəsi ilə uyğunlaşmayan) qrup, firqə, məntəqə təəssübkeşliyindən uzaqlaşır. Qur’ani-kərim buyurur ki, millətpərəst yəhudilər məsihiləri, təəssübkeş məsihilər isə yəhudiləri puç sayırdı.3
Əlbəttə, haqq olan qrup və təşkilatları himayə etmək lazımdır. Məqsəd budur ki, batil özünü haqlı görüb, başqalarının haqqını batil saymamalıdır.
Dostları ilə paylaş: |