VARLIQ ALƏMİ ALLAHA SƏCDƏ EDİR
Qur’an və ilahi dünyagörüşə əsasən bütün kainat və zərrələr bir növ şüurludur və Allah-təalaya təsbih deyir, səcdə və sitayiş edirlər. Bir çox Qur’an ayələri bu sözü təsdiqləyir: “Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?! Bir çoxuna da əzab vacib olmuşdur.”2
Şair aləmdəki zərrələrin nitqi və şüuruna işarə ilə deyir:
Çiçəyin, torpağın, daşın dilini,
Əlbət ki, ariflər anlaya bilər.
Təbiət insanı agah görəndə,
Sirrini açıban üzünə gülər.
Deyərlər: görürük, eşidirik biz,
Amma naməhrəmlə yoxdur işimiz.
İnsan aça bilsə bəsirət gözün,
Anlayar torpağın, dənizin sözün.
|
Bu dünyagörüşü Qur’an ayələrində də açıqlanmışdır.
Allah bə’zi peyğəmbərlərə quşların dilini öyrətdi;3 həzrət Süleyman (ə) qarışqaların söhbətini anlayırdı;4 “Elə bir şey yoxdur ki, Allaha təsbih deyib Ona şükür etməsin, lakin siz onların zikrini anlamazsınız...”5
Əllamə Təbatəbai bu barədə geniş izah verdikdən sonra buyurur: “Əslində mövcudların təsbihi təşbeh yox, həqiqətdir və fitrətlə yox, səs və sözlədir.”1 Əlbəttə, bütün söz və səslərin eyni şəkildə olması zəruri deyil. Mövcudların təsbih deməsi onların Allah-təalanın eybsiz zatına öz vücudları ilə şəhadət vermələridir. Lakin Qur’an ayələri və rəvayətlər bundan da üstün mə’na çatdırır. Hədisdə deyilir: “Heyvanın üzünə sillə vurmayın. Çünki Allaha təsbih deyir.”2 “Paltarlarınızı yuyun, çünki çirkli paltar Allahı təsbih demir.”3
Qur’an hüd-hüdün Süleymana xəbər verməsindən söhbət açır.4
Namazqılan şəxsin səcdə və təsbih etməsi Allahın əzəməti və fərmanı qarşısında səcdə edən və müt’i varlıq aləmi ilə uyğunlaşmasıdır.
Dostları ilə paylaş: |