Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


“SUBHANƏLLAH” KƏLMƏSİNİN MƏ’NASI



Yüklə 1,03 Mb.
səhifə105/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   101   102   103   104   105   106   107   108   ...   146

“SUBHANƏLLAH” KƏLMƏSİNİN MƏ’NASI


Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.

“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.



İzah: “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.5

“Ədl” (Allahın ədaləti) Allaha təsbihə əsaslanır. Yə’ni Allahı zülmdən uzaq bilmək. Allah heç kəsə zülm etmir. Əgər insan bəla və çətinliklərlə qarşılaşırsa, bu ya iste’dadların çiçəklənməsi üçün imtahan, ya da öz əməllərimizin nəticəsidir. “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!”1 Demək, Allah pakdır, zülm edən biz özümüzük: “...Rəbbimiz pak və müqəddəsdir. Həqiqətən, biz zalım idik...”2

“Nübüvvət və imamət” Allaha təsbihə əsaslanır. Yə’ni Allah insanı zülm və nəfs istəklərindən xilas edib, haqqa, kamillik və səadətə doğru yönəltmək üçün özbaşına buraxmayıb, ona başçı və rəhbər göndərir. Demək, Allah “bəşəri özbaşına buraxmışdır” ittihamından pakdır. Yanlış düşüncə sahibləri Allahın haqqını tanımadıqlarından, Onu hikmət sahibi bilmədiklərindən belə düşünmüşlər.3 “Məad” Allaha təsbihə əsaslanır. Əbədi axirət həyatı və sorğu günü olmasaydı həyat əbəs olardı və insanlar haqqını almazdı. Allah kainatı əbəs yerə və məadsız yaratmamışdır: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?”

Subhanəllah! Allah varlığın şərəflisi olan insanın sonunu puç və dəyərsiz edib, boş-boş işlər görməz.

“İlahi eşq” Allaha təsbihə əsaslanır. Çünki O eyibsiz vücud və mütləq kamildir. Beləsə, nə üçün Onu sevməyək?!

“İnsanın razılığı” Allaha təsbihə əsaslanır. Allahdan razı olan şəxs Onun işlərində eyb tutmur və bütün vücudu ilə Ona təsbih deyir.

“İtaət” Allaha təsbihə əsaslanır. İnsan kamil və bütün nöqsanlardan pak bildiyi mə’buda bəndəlik və itaət edir.

“Təvəkkül” Allaha təsbihə əsaslanır. Allahın qüdrətli və mehriban olmasına inananlar, Onu cəhalət və zəiflikdən uzaq sayanlar Ona arxalanırlar.

“Təqva” Allaha təsbihə əsaslanır. Təqvalı insan Allahı agah, dəqiq və ədalətli tanıyır. O, aləmin Allahın hüzurunda olmasına və Onun qəflətdən uzaqlığına inanır. Buna görə Ondan qorxur və günah etmir.

Demək, bu mübarək kəlmə (təsbih) geniş mə’na daşıyır; təsbih Allahı məhəbbət, bəndəlik, təvəkkül, təqva, itaət, eləcə də tövhid, nübüvvət, məad, imamət və ədalətə e’tiqad əsasında pak bilməkdir. Belə ki, O, pak olduğu üçün sitayiş və həmdə layiqdir. Buna görə “təsbihati-ərbəə”də “subhanəllah” kəlməsindən dərhal sonra “əl-həmdu lillah” deyirik.

Qur’an Allahın şəriklikdən uzaq olduğunu bildirir: “Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır.”1 Qur’an buyurur: “Ərşin sahibi olan Allah müşriklərin aid etdikləri sifətlərdən tamamilə uzaqdır.”2 Qur’an Allahın fəqirlikdən uzaq olduğunu bildirir: “Allah pak və müqəddəsdir. O, möhtac deyildir.” (“Yunis” surəsi, ayə 68) Qur’an buyurur: “...Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!”3 Qur’an Allahı bəndələrə zülm etməkdən uzaq bilir. Əksinə, xalq özü özünə zülm edir: “...Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən zalımlardan olmuşam...”4 Qur’an Allahın qızları olmadığını, Onun pak olduğunu bildirir: “Onlar Allaha qızlar isnad edirlər. Allah pak və müqəddəsdir...”5

Bu müxtəlif hallarda zikrin təkrarlanma sirri, bir tövhid dərsidir.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin