BAYRAM NAMAZI İLAHİ RƏHBƏRLƏRİN HAQQIDIR.
İslam dinində cümə və bayram ayinləri haqq hökumətə və islami rəhbərliyə bağlı mənsəblərdəndir. Sitəmkarların bu iki mərasimdən öz məqsədləri üçün istifadə etməsi qəsbkarlıqdır. Cümə, bayram və həcc mərasimi namazına imam tə’yin etmək ilahi hökumət və vilayətin ixtiyarındadır. Bu işlərin ləyaqətsiz şəxslərin ixtiyarına verilməsi Məhəmməd (s) ailəsi üçün ağırdır. İmam Baqir (ə) bir hədisdə bu həqiqətə belə işarə edir:
“Müsəlmanların bütün qurban və fitr bayramlarında Məhəmməd (s) ailəsinin qəmi artır.” Soruşdular: “Nə üçün?” Həzrət (ə) buyurdu: “Çünki Əhli-beyt (ə) öz haqqını özgələrin əlində görür!”1
Bu, Əhli-beytə (ə) qarşı ən böyük zülmdür. Onlar üçün hətta İslam bayramları da kədərlə müşayiət olunur. Həqiqətin qəsb edilməsi, cəmiyyətin rəhbərlik yolunu azması onlara bir daha xatırladılır!
Dostları ilə paylaş: |