YAĞIŞ NAMAZI
İlahi rəhmət (yağış) kəsildikdə, bulaqlar quruduqda, su azlığı yarandıqda Allahın rəhmətinin nazil olması və yağış yağması üçün namaz qılınır. Bu namazın adı “istisqa” və ya yağış namazıdır.
Bu da bir tövhid dərsidir. Yağış namazı Allahın rəhmət və qüdrətini yada salmaq üçündür. Çünki quraqlıq yarandıqda heç kimin əlindən heç bir iş gəlmir. Yalnız Allah buludlar göndərib öz rəhmətini xalqa nazil edə bilir.
Allah-təala buyurur: “De ki: “Əgər suyunuz qurusa, kim sizə axar su gətirə bilər?!”1
Quraqlıq və yağışın kəsilməsi xalqın günahlarına görə Allahın qəzəb nişanəsidir. Demək, Allahı yada salmaq ağlamaq, yalvarış və tövbə Allahın quraqlığın qarşısını almasına səbəb olur. Yağış namazı Allahın rəhmətini cəlb etmək üçündür.
Dostları ilə paylaş: |