Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə40/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   36   37   38   39   40   41   42   43   ...   146
7. Həvəslə davamlı olmalı

Həvəssiz ibadət münafiqlik nişanəsidir. Qur’an münafiqləri təsvir edərkən onların namaz zamanı həvəssiz olduqlarını bildirir: “Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar...”3 Lakin bəndəliyə həvəs dəyərdir. Davamlı ibadət kamillik səbəbidir. Hədislərdə daimi az əməllərin könülsüz və müvəqqəti çox əməllərdən üstün olduğu göstərilir. Qur’an İslam dinində möhkəm olanlara elm, düşüncə və sair sahələrdə faydalar və mükafatlar və’d edir: “Əgər doğru yolda sabit qalsaydılar, biz onlara bol yağış verərdik...”4



8. İbadəti böyük saymamaq

Qürurlu insanlar ibadətlərini böyük və əhəmiyyətli sayırlar. Bu isə əməllərin puç olmasına səbəb olur. Abidin öz ibadətini böyük zənn edib, qürrələnməməsi ibadətin kamillik şərtlərindəndir. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, mənə ibadət tövfiqi ver və ibadətlərimi təkəbbürlə puç etmə.”

Bir çox hədislər göstərir ki, insan yaxşı işlərini və ibadətlərini böyük hesab etməməlidir. Allah-təala Qur’anda mələklərin çox təsbihini, ibadətini və daimi zikrlərini yad edir ki, insanlar bir neçə rəkət namaz və kiçik ibadətləri ilə qürrələnməsinlər.1

9. Bəsirətli olmalı

Dində düşüncə, bəsirət və agahlıq əməllərin və ibadətlərin dəyər nişanəsidir. Agahlıq və bəsirət olmadan əməllər lazımi qədər dəyərli ola bilməz. Həzrət Əli (ə) buyurur: “Düşüncə və bəsirətsiz ibadət dəyərsizdir.”2 Başqa bir hədisdə “yəqin” tə’biri bəyan olunur: “Yəqin” əsasında az, lakin həmişəlik əməl Allah yanında bəsirətsiz və yəqinsiz çox əməldən üstündür.”3

Əməl və ibadətin kamillik şərtləri barəsində deyilənlərlə kifayətlənirik.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin