Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə6/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   2   3   4   5   6   7   8   9   ...   146

İBADƏTİN ROLU


İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm tə’sirləri var. Bunlardan bə’zilərinə nəzər salaq:

1. Faniləri əbədiləşdirmək

İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Qur’an buyurur: “Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.”1 “İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”2



2. Maddiyyatın mə’nəviyyata çevrilməsi

Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mə’nəviyyata çevrilər. Lakin bə’zən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət faydalanma, ikinci isə nəhayət ziyana uğramaqdır.



3. Fərdi və ictimai quruculuq

Allaha ibadət dünyəvi meyllərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və ne’mət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: “Mənə ibadət edin, bu, doğru yoldur!”1 İbadət yük yox, hərəkət vasitəsidir: “Səbr və namazdan kömək alın.”2

İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:



İnsana əyildi qəlbi kor insan,

Tapdığı gövhəri itirdi, aman!

İt itə əyilmir –həqiqətdi bu,

Əyilən itdən də dəyərsiz oldu.

İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Allahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsad yaranmasına səbəb olur.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin