İBADƏTİN YÖNÜMLƏRİ
İslamda “ibadət” sözü namazla orucdan daha əhatəli mə’na daşıyır. Xalqın xeyrinə olan bütün yaxşı işlər də ibadət hesab olunur. İslamda ibadət sayılan bə’zi işləri yada salaq:
1. İlahi işlər barədə təfəkkür
İmam Sadiq (ə) buyurur: “İbadət çox namaz qılıb, çox oruc tutmaq deyil. Həqiqətən, ibadət ilahi işlər barədə düşünməkdir.”3 İnsanı Allaha yaxınlaşdıran və Onu tanımasına səbəb olan təfəkkür ibadət hesab olunur.
2. Ruzi qazanmaq
Allahın rəsulu (s) buyurur: “İbadət 70 hissədir. Onların ən üstünü halal ruzi ardınca getməkdir.”1
3. Elm öyrənmək
İslam peyğəmbəri (s) buyurur: “Batildən uzaqlaşıb, azğın bir şəxsi hidayət etmək üçün elm arxasınca evdən çıxan şəxsin işi qırx ilin ibadətinə barəbərdir.”2
4. Xalqa xidmət
Rəvayətlərdə xalqa kömək etməyin müstəhəb həcc kimi bir çox ibadətlərdən daha dəyərli olduğu göstərilir. Şair deyir:
Xalqa xidmətdədir əsil ibadət,
Dərvişlərin zikri deyil şücaət.
5. Ədalətli hakimiyyət intizarında olmaq
Peyğəmbər (s) buyurur: “İbadətlərin ən üstünü fərəc (imam Zamanın (ə) gəlişi) intizarında olmaqdır.”3 Aydındır ki, həzrət Mehdinin (ə) ədalət dövlətinə zəmin hazırlanması, təlaşla müşayiət olunan müsbət və qurucu intizar nəzərdə tutulur.
Demək, işlərə ilahi rəng vermək onların dəyərini artırır, onları ibadət, bə’zən isə ibadətdən də üstün edir. Doğru niyyət dəmiri qızıla çevirir. Allaha yaxınlaşmaq üçün görülən bütün işlər ibadətdir. Bu hesabla demək olar ki, ibadətin nümunələri saya gəlmir. Hətta ata-anaya, alimlərə, Qur’ana, Kə’bəyə, ədalətli rəhbər və din qardaşlarına məhəbbətli baxış ibadət sayılır.4
Dostları ilə paylaş: |