9. Özgələrdən ibrət almaq
Allahdan qeyrilərini düşünüb, davamsız mə’budlara itaət edənlər acı aqibətə düçar oldular. Bu insanların ibrət dolu sərgüzəştlərinə diqqət insanı ixlasa çatdırıb, Allahdan qeyrilərinin e’tibarsız olduğunu aşkar edir.
Nuhun oğlu Allahdan üz çevirib dağa arxalandı. Dağın zirvəsinə dırmanıb tufandan qurtulmaq istədi. Lakin dalğalar arasında qərq oldu.
Qarun həzrət Musanın (ə) haqq də’vətinə e’tinasızlıq göstərdi və öz bol sərvətləri ilə qürrələndi. Lakin yer onu uddu və tərəfdarlarından heç biri köməyinə çatmadı.1
Bir çox varlılar yığdıqları sərvətlərin hamısını qoyub getdilər. Onlara bu sərvətlərdən heç bir kömək çatmadı: “Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; neçə-neçə əkinlər, gözəl yerlər!”2
Bir çox riyakarlar hiyləgərliklə özlərini pəhrizkar və müxlis göstərirdilər. Lakin Allah onların kimliyini aşkara çıxarıb rüsvay etdi: “Allah gizlətdiyinizi aşkara çıxarandır.”3
Riyakarlıqla Allahı və xalqı aldatmaq istəyənlər ilahi qəzəbə düçar olurlar. Belə insanlar haqda bir çox nümunələr göstərmək olar. İnsan ixlaslı olub, riyakarlıqdan uzaqlaşmaq üçün onların sərgüzəştlərindən ibrət ala bilər.
Dostları ilə paylaş: |