HİKMƏT MƏKTƏBİ
İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır. İxlas sayəsində şagirdlər təsəvvürə sığmayan bəsirət və yəqin əldə edirlər.
Allahın rəsulu (s) buyurur: “Hər kəs qırx gün yalnız Allah üçün işləsə (Allahın xüsusi lütfünə hazır olur) qəlbindən dilinə hikmət bulaqları axar.”3
İXLASIN ƏSASI
Riya bəlasına düçar olanlar yəqin və inam mərhələsindən uzaqdırlar. Həzrət Əli (ə) buyurur: “İxlas yəqinin nəticəsidir.”4
İnsan Allahı, qiyaməti, mükafatı və sair həqiqətləri anlaya bilər. Lakin yəqin və inam mərhələsinə çatmayan elm lazımı tə’sirə malik deyil. Hamı bilir ki, ölü heç bir işə qadir deyil. Lakin bir çoxları yenə də ölüdən qorxur.
Riyakar Allahı, qiyaməti və hesab-kitabı tanıya bilər. Lakin onun elmi yəqin mərhələsinə çatmadığı üçün ixlasdan uzaqlaşır. Yəqin halı çox ibadət sayəsində əldə edilir. Qur’an buyurur: “Yəqinə çatanadək ibadət et.”5
Əgər yəqin etsən ki, aləm Allahın hüzurundadır, izzət və kiçiklik Onun əlindədir, dünya və dünya bərbəzəkləri xırda, ötəri və aldadıcı sərmayədir, əməl zamanı ixlasa çalışarıq.
Dostları ilə paylaş: |