Dəyərli ixlas cəmiyyət arasında ictimai fəaliyyətlər və məs’uliyyətlərlə yanaşı olan ixlasdır. Bə’ziləri yanılaraq xalqdan kənarda ixlas axtarırlar. Allah dadlı və xalis südü qida ilə qan arasında yaradır.5 Xalis insan özünü cəmiyyətdəki hər növ çirkin işlərdən təmiz saxlamalıdır. O, niyyətini və əməlini riya çirkabından qorumalıdır. Belə əldə olunan ixlas dəyərli və mühümdür.
İxlaslı şəxs özünü Allahın ixtiyarına verir və qəlbini ilahi eşq mənzili edir. Onun bütün əməllərinə ilahi məqsəd hakim olur və bu yolla izzətə çatır.