9.6. WiMAX şəbəkəsinin arxitekturası
WiMAX şəbəkəsi öz arxitekturasına görə şanvari şəbə
kəyə oxşar olaraq qurulur. Şəhər boyunca baza stansiyaları şə
bəkəsi quraşdırılır.Hər bir BS “nöqtə-çoxnöqtə” sxemi üzrə hər
tərəfə istiqamətli antenaların köməyilə radius 6 - 8
km olan öz
ərazisinə xidmət göstərə bilir. Uzaqda yerləşən manqalar ara
sında rabitə yaradılması zərurəti yarandıqda baza stan
siyalarında istiqamətlənmiş antenalar quraşdırıla və radioka-
nalla ‘"nöqtə-nöqtə” sxemi üzrə 50
km-ə qədər məsafələrə ret-
ranslyator rolunu yerinə yetirə bilər. Retranslyatorların kö
məyilə lokal şəbəkələr adacıqlarmdan ibarət olan regional şə
bəkələr yaratmaq mümkündür. Qlobal şəbəkələrə (məsələn,
Ümumişəhər, regional və internet-şəbəkələr)
daxilolma onunla
əldə edilir ki, ya hər bir BS, ya da onlardan biri (hansına ki, ret-
ranslyatorlar və ya istiqamətlənmiş
antenalar vasitəsilə yerdə
qalan BS-lər daxil ola bilmək imkanına malik olurlar)
naqilli
birləşmə yolu ilə və yaxud optik
kabellə magistral şəbəkəyə
qoşulur. Bu cür BS-nı - Backhaul magistralına daxilolma nöq
təsi adlandırırlar. Bu cür arxitekturanın sxemi şəkil 9.4 - də
göstərildiyi kimi ola bilər. BS-nın antenaları yalnız qüllələrdə
deyil, hündür binaların üstündə quraşdırıla bilər. Birinci mər
hələdə xidmət göstərilən binalarda qeyd olunmuş xarici an
tenalar quraşdırılır.
553