İnformasiyaamilləri. Təbii ki, bazar subyektlərinin iqtisadi fəaliyyətini informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Buna görə də bazar münasibətlərinin inkişafı hər şeydən əvvəl iqtisadi subyektlər arasında informasiya əlaqələrinin inkişafına və ya əksinə əsaslı təsir göstərir. Daha doğrusu, bazar münasibətlərinin inkişafı ilə informasiya əlaqələrinin güclənməsi biri-birilə səbəb-nəticə asılılığındadır. İnformasiya axınları logistik proseslərin təşkilində mühüm rol oynadığından informasiya bazar və logistikanı üzvü formada daha çox bir – birinə bağlayır.