Texnikiamillər. Texniki amillər idarəetmə sistemi kimi bütövlükdə həm logistikaya, həm də onun subyekt və obyektlərinin inkişafına təsir göstərir. Bu təsir hər şeydən əvvəl anbar-nəqliyyat təsərrüfatı sahəsində, eləcə də məhsul və xidmətlər bazarında həlledici nəticələri təmin edən elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqində - idaretmə işlərinin avtomatlaşdırılması və kompyüterləşdirilməsinin həyata keçirilməsində təzahür edir. Öz növbəsində təsərrüfat vahidlərinin kommersiya təşəbbüsünün artması və bazar münasibətlərinin inkişafı material axınlarının idarə edilməsi proseslərinə yeni texnikanın tətbiqini stimullaşdırır. Aydındır ki, texniki modernləşdirmə material axınlarının logistik əsaslar üzrə optimal idarə edilməsini tələb edir və onun iqtisadi səmərəliliyinin artırılmasına şərait yaradır.