N Ə T İ C Ə
Azərbaycan dünyanın ən qədim mədəni ölkələrindən biridir. Ötən minilliklər dövründə
bu gözəl diyar yadellilərin təcavüzkarlıq hücumlarına məruz qalmış, əzəmətli maddi mədəniyyət
abidələri, zəngin sərvətləri dönə-dönə talanmış, şəhər və kəndləri dağıdılmışdır. Lakin başı
müsibətlər çəkmiş Azərbaycan xalqı əzilməmiş, qəhrəmanlıqla mübarizə aparmışdır. Təəssüflər
olsun ki, Azərbaycanın geniş əraziləri ağır, qeyri-bərabər döyüşlərdə zaman-zaman düşmən əlinə
keçmişdir.
Yeni tarixi keçmişimizdə belə “dost” libasına bürünmüş düşmənlərimiz yenə də bizim
zəngin sərvətli torpaqlarımıza göz tikmiş, min cür hiylə ilə onu qəsb etməyə can atmışlar.
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaradılan zaman onun ərazisi 114
min kv.km. olmuşdur. Hələ o vaxt Qafqaz Azərbaycanın tərkibində muxtar respublika və muxtar
vilayət də yaradılmışdı.
Zəngəzur torpaqları da Sovet Ermənistanına pay verilməmişdi.
1920-ci ilin dekabr ayında Zəngəzur, 1922-ci ilin həmin ayında Göyçə və Dilican
əraziləri, 1923-cü ildə Naxçıvan torpağını bir hissəsi, 1983-1987-ci illərdə isə Qazax rayon
ərazisinin bir hissəsi “qardaş” Ermənistan Sovet Respublikasına bağışlanmamışdır. Məqsəd bu
olmuşdur ki, “yazıq, məzlum” erməni xalqının da öz Respublikası olsun, 1920-ci ildə cəmi-
cümlətanı 11 min kv.km. ərazisi olan Ermənistan Azərbaycan torpaqlarının hesabına 1988-ci ildə
artıq 30 min kv.km-lik ərazisi olan bir Respublikaya çevrildi.
Dostları ilə paylaş: |