Hüquqi şəxs olaraq yeni yaranmış müəssisə və təşkilatların nizamnamələri
Parlament tərəfindən təsdiq edilirdi. Qanunvericilik orqanının təsdiq
etdiyi nizamnamələr
sırasında Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Bankının, Azərbaycan Dövlət
Əmanət Kassalarının Nizamnamələri və Mətbuat haqqında nizamnamə də vardı. Bunların
içərisində 20 oktyabr 1919-cu il tarixdə qəbul edilmiş “Mətbuat haqqında nizamnamə”,
həm də mətbuat azadlığının möhkəmləndirilməsi üçün siyasi hüquqların
təmin edilməsi
sahəsində atılan ən real addımlardan biri idi. Nizamnamənin birinci maddəsində nəşriyyat,
litoqrafiya və bunlara bənzər məşğuliyyət yerlərinin açılması, habelə çap məmulatlarının
nəşr edilməsi və satılması üçün hökumət strukturları tərəfindən heç razılığın tələb
olunmaması qeyd edilirdi. Dövrü mətbuat vasitələrinin fəaliyyətə başlaması üçün yalnız
mətbuat işləri üzrə baş müfəttişə ərizə ilə müraciət olunması nəzərdə tutulurdu. Mətbuatda
senzura ləğv edilir və nizamnaməyə uyğun olaraq, mətbuat orqanı yalnız
məhkəmə
tərəfindən və qüvvədə olan cinayət qanunları ilə nəzərdə tutulmuş cinayət tərkibli
əməllərin törədildiyi halda məsuliyyətə cəlb edilə bilərdi.
Dostları ilə paylaş: