Mövzu: -lar çoxluq bildirən hissəcik



Yüklə 1,95 Mb.
tarix01.01.2022
ölçüsü1,95 Mb.
#103340

Gəncə şəhəri 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nazarova Laura Həmid qızı Azərbaycan dili fənni Mövsu:” - lar çoxluq bildirən hissəcik.”

Mövzu: -lar çoxluq bildirən hissəcik.

Standart:

  • 4.1.3. Tək və cəm anlayışlarının fərqini
  • anlayır və nümunələrlə izah edir.
  • 4.1.4. –lar hissəciyinin sözdən aslı olaraq
  • müxtəlif cür deyildiyini bilir və nitqində
  • tətbiq edir.

Təlim məqsədi:

  • Tək və cəm anlayışlarının fərqini anlayır və nümunələrlə izah edir.
  • -lar şəkilçisinin yazılışını bilir.
  • -lar hissəciyinin sözdən asılı olaraq müxtəlif cür deyilişini mənimsəyir.

İnteqrasiya: T.i-3.1.1,inf:1.2.1,Riy.:1.1.1.

  • İnteqrasiya: T.i-3.1.1,inf:1.2.1,Riy.:1.1.1.
  • Dərsin tipi: induktiv
  • İş forması: kiçik qruplarla iş
  • İş üsulu:Beyin həmləsi, problem həlli, söz assosiasiyası
  • Resurslar: iş vərəqi, səkillər.

Motivasiya:

  • Q.Hüseynlinin “Cücələrim” mahnısı
  • səsləndirilir.

Şəkillərdə nə çəkilib?

  • Şəkillərdə nə çəkilib?
  • Gül – güllər, maşın – maşınlar
  • üçün eyni şəkil olsa da, soldakına gül, maşın, sağdakına güllər, maşınlar dediniz?
  • Bu sözləri fərqləndirən hissəni tapın.

Tədqiqat sualı.

  • Varlıqların tək, yoxsa cəm halda olduğunu necə müəyyənləşdirək?

I qrup

  • Təkdə verilmiş sözləri cəm halda işlədin. Onlari sxem üzrə qruplaşdırın:
  • Sözlər: ağac, böcək, quş, körpə, armud, sagird, kitab, dəftər, ayı, gül.
  • -lar -lər

II qrup

  • Verilən mətndən cəmdə işlənən
  • sözləri seçib onlari təkdə işlədin.
  • Səhər günəş doğdu. Bütün buludlar əriyib yox oldu. Otlar, çiçəklər, ağaclar sevinclə günəşə boylandılar. Çaylar, dənizlər, meşələr əvvəlki kimi nəğmə oxudular.

III qrup

  • Verilmiş sözlərdə səhvləri
  • tapıb düzəldin.
  • Kənddər, quşdar, uşaqlar, səhərrər, kibablar, narrar, almalar, şəkillər, boşqablar.

IV qrup

  • Sözlərdən hansı cəmdə hansı təkdədir?
  • Qruplaşdırıb cədvəldə yazın.
  • Şagirdlər, şəkil, gilaslar, uşaq, vərəqlər, evlər, söz, heyvanlar, qələmlər, şir, paltar.
  • tək cəm

Məlumat mübadiləsi

  • 1. Hansı sözün deyilişi ilə yazılışı fərqlənir?
  • A) analar B)qadınlar C) oğullar
  • Deyiliş forması verilmiş hansı sözdə -dar hissəciyi çoxluq bildirmir?
  • A) kəntdar B)daşdar C)bayraxdar
  • Hansı sözdə -lar hissəciyi –rar kimi tələffüz olunur?
  • A) qatarlar B)oğlanlar C)otaqlar

Nəticə

  • Ad bildirən sözün sonunda –lar hissəciyi varsa, bu, varlığın bir deyil, çox olduğunu bildirir.
  • ağac(bir dənə) – ağaclar( çoxlu)
  • kitab(bir dənə) – kitablar(çoxlu)

Qiyətlədirmə

  • Meyarlar
  • I qrup
  • II qrup
  • III qrup
  • IV qrup
  • -lar hissəciyinin tələffüzünü və yazılışını bilir
  • Əməkdaşlıq
  • YEKUN XAL

Ev tapşırığı

  • Beş söz tapıb onları tək və cəmdə yazın.
  • Sonra onları cümlələrdə işlədin.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin