Mövzu №09. Kosmik nəqliyyatın ekologiyası [16, 25, 36]. Kosmik nəqliyyat barədə ümumi məlumat. Kosmik nəqliyyatda fövqəladə hallar. Kosmik nəqliyyatın ekoloji problemlərinin əsasları. Raket-daşıyıcıların istismarının ekoloji problemləri. Kosmik nəqliyyatın fəaliyyətinin insanların sağlamlığına və həyatına təsirləri
Kosmik nəqliyyat barədə ümumi məlumat. Kosmik nəqliyyat təyinatına görə insanların və ya yüklərin havasız mühitdə daşınması üçün istifadə olunan və spesifik xüsusiyyətlərinə görə digər nəqliyyat növlərindən əhəmiyyətli dərəcədə fərqlənən yeni nəqliyyat sistemidir.
Bu nəqliyyat növü cəmiyyətin müasir inkişafını kosmik texnologiyaların geniş miqyaslı istifadəsi ilə təmin edir və artıq bir çox ölkənin iqtisadi mexanizmin mühüm tərkib hissəsinə çevrilərək öz nailiyyətləri gündəlik həyatın ayrılmaz hissəsini təşkil edir.
Kosmik nəqliyyatın tərkibinə kosmodromlar (onların start götürülməsi yerləri), raket-daşıyıcılar (müxtəlif texniki vasitələrin, insanların və yüklərin kosmik fəzaya daşınması üçün) və kosmos məkanda aparılan tədiqiqatların və görülən işlərin təmini üçün müxtəlif süni peyklər, orbital stansiyalar və müxtəlif təyinatlı digər texniki vasitələr daxildir.
Kosmodrom (“kosmos” yunanca δρόμος «qaçmaq üçün yer”) – elə bir texniki təmin olunmuş ərazidir ki, burada kosmik nəqliyyat vasitələrinin saxlanılması, hazır vəziyyətdə olması, kosmosa buraxılmağa hazırlanması, kosmik raketlərin buraxılması və orbitə çıxarılması yolunda uçuşların idarə edilməsi həyata keçirilir. Bu ad təyyarələr üçün “aerodrom” anlayışına analoji olaraq götürülmüşdür. Adətən kosmodromlar böyük bir ərazi tutur və sıx məskunlaşan yerlərdən elə məsafədə yerləşirlər ki, uçuş zamanı ayrılan raket pillələri yaşayış sahələrinə və qonşu start sahələrinə zərər verməsin. Dünya üzrə kosmodromların yerləşdikləri ərazilərin xəritəsi şəkil 2.xx-də verilmişdir.
Şəkil 2.xx. Dünya üzrə kosmodromların
yerləşdikləri ərazilərin xəritəsi
Dünyada və keçmiş SSRİ məkanında birinci və ən iri kosmodrom “Baykonur” adlanır, Qazaxıstan ərazisində yerləşməklə 6717 km2 ərazini əhatə edir. Buradan Yerin ilk süni beyki, insanın kosmosa ilk uçuşu həyata keçirilmişdir. İndiyə qədər Rusiya tərəfindən icarəyə götürülmüş bu kosmodrom bu ölkənin kosmik nəqliiyatının kosmosa buraxılmasında vacib rol oynayır.
Raket-daşıyıcıların Kosmik nəqliyyatın fəaliyyətində ən çox raket texnologiyalarından istifadə olunur. İlk raket-daşıyıcı Rusiya istehsalı olan “P-7” raketinin müxtəlif modifikasiyaları olmuşdur. 1957-ci ildən başlayaraq “P-7” ailəsinə daxil olan 1800-dən artıq raket-daşıyıcı kosmosa buraxılmışdır.
1970-ci illərin əvvələrindən başlayaraq SSRİ və ABŞ kimi “kosmik ölkələrdə” təkrar istifadə edilə bilən kosmik nəqliyyat sistemlərinin yaradılması üzərində işə başladılar. ABŞ-da belə bir layihə “Space Shuttle” SSRİ də isə “Enerji-Buran” adlanırdı.
“Buran”ın ilk və yeganə kosmik uçuşu 15 noyabr 1988-ci ildə həyata keçirildi. Kosmik gəmi “Enerji” raket-daşıyıcı vasitəsi ilə Baykonur kosmodromundan buraxıldı. Uçuş müddəti 205 dəqiqə idi, gəmi Yerin ətrafında iki dövr etdi, sonra Baykonurdakı “Yubileini” hava limanına endi. Kosmik gəminin kosmosa bu uçuşu və bort kompüterinin nəzarəti altında avtomatik rejimdə Yerə enməsi - Ginnesin Rekordlar Kitabına düşdü.
Şəkil 2.xx. “Buran” kosmik gəmisi
30 il ərzində ABŞ-ın 5 “Space Shuttle” kosmik nəqliyyat növü 133 uçuş həyata keçirdi (şəkil 2.xx). 2011-ci ilin mart ayına qədər uçuşların çoxu - 39 - "Discovery" kosmik gəmisi tərəfindən həyata keçirildi. Ümumilikdə, 1975-1991-ci illərdə altı gəmi növü inşa edildi: -“Enterprayz (kosmosa uçmadı); -“ Kolumbiya” (2003-cü ildə eniş zamanı yandı); - “Challenger”(1986-cı ildə işə salındıqda partladı); -“Discovery”; -“Atlantis”; -“İndevor”.
Şəkil 2.xx. “Space Shuttle” kosmik nəqliyyat
Havasız məkanda həyata keçirilməsi nəzərdə tutulan məqsədlər prinsipinə görə raket-daşıyıcıların kosmosa çıxardığı aşağıdakı aparat və sistemlərindən istifadə edilir: -orbital sistemlər; -suborbital sistemlər; -planetlərarası kosmik aparatlar; -ulduzlarlrarası kosmik aparatlar; -qalaktikalararası kosmik aparatlar; -Yer kürəsi ətrafı kosmik aparatlar. Bu kosmik aparatın hər birinin istifadəsinin konkret məqəsdi var, buna görə də konstruksiyalarında fərqlənirlər.
İnsanların kosmosa uçuşuna gəldikdə isə, onu demək olar ki, kosmik sərnişinlər bir qayda olaraq həm də bu nəqliyyat vasitəsini idarə edən komandadırlar. “Proqress” (Rusiya istehsalı) kimi yük daşıyan bir sıra kosmik gəmilərin idarə olunmasında insanlar iştirak etmir, bu rolu ya robotlar, ya da avtomatlaşdırılmış idarəetmə sistemləri yerinə yetirir.
Kosmik nəqliyyatın istifadə istiqamətlərinə aiddir: -kosmik obyektlərin kosmik məkana daşınması; - kosmonavt və astronavtların, müxtəlif texniki və texnoloji avadanlıqların, faydalı yüklərin kosmik obyektlərə çatdırılması; -kosmik məkanın tədqiqi və istifadəsi üzrə işlərin birbaşa aparılması; -perspektivdə kosmik turistlərin daşınması.
Kosmik nəqliyyat vasitələrində təhlükəsizliyinin təmin edilməsi onların layihələndirilməsindən və yerdə tədqiqindən başlayır. Bunlara aşağıdakıları aid etmək olar:
-kosmik aparatların hermetikliyinin, onların kabinəsində təzyiq və rütubətlik kimi fiziki parametrlərin sabitliyinin yoxlanılması (məsələn, müvafiq miqdarda oksigen və hidrogenin olması ilə birlikdə kabinədə minimal atmosfer təzyiqi 0.35 bar səviyyəsində olmalıdır);
-uzunmüddətli uçuşlar zamanı tullantıların yenidən emalı (məsələn, Rusiya istehsalı olan “Mir”, “Almaz”, ABŞ istehsalı olan «SkyLab» kimi orbital stansiyalar və digəriləri elmi-tədqiqat işlərinin aparılması üçün günlərlə yox, ay və illərlə kosmik məkanda qalırlar).
Kosmik nəqliyyat növlərinin əsas çatışmazlıqlarından biri ondan ibarətdir ki, kosmik məkanın mənimsənilməsində iştirak edən ölkələrdə kosmik aparatların yer səthindən buraxılmasının lazımi qədər çoxsaylı qaydalarından istifadə edilir. Bunun üçün köhnə qaydaların təkmilləşdirilməsi və yeni üsulların axtarışı üçün böyük həcmdə vəsait və qüvvə sərf olunur. Digər əsas çatışmazlıq isə kosmodromlardan raketlərin buraxılması variantının çoxsaylı olmasıdır. Onların ən əsasına raket tərəfindən Yerin cazibə qüvvəsini aşması üçün çox böyük həcmdə yanacağın sərfidir. Məsələn, raketin ilk 10 km yuxarı qalxması zamanı onun yanacaq enerjisinin yarısı sərf olunur. Növbəti çatışmazlıq kosmik gəminin Yerin aşağı orbitini tərk etdikdən sonra maqnitosferin mühafizəsi zonasından çıxaraq, radiasiyanın yüksək olduğu zonaya – Van Alen radiasiya qurşağına daxil omasıdır. Bu zonadan da keçdikdən sonra kosmik gəmi yenidən daha aşağı radiasiya səviyyəsi olan zonaya düşür, lakin, daimi olaraq yüksək enerjili kosmik şüalanmaya məruz qalır. Bu şüaların təhlükəsi dövrlər üzrə -bir neçə on gündən bir neə ilə qədər dəyişir. Bundan əlavə, kifayət qədər qorunmadığı təqdirdə Günəşin tac parıltısı insanlar üçün son dərəcə təhlükəlidir.
Dostları ilə paylaş: |