Kosmikətrafı fəazanın radioaktiv çirklənməsi. Yaxın xarici kosmik məkanın bəzi kosmik gəmilərdə istifadə olunan, radioaktiv maddələr ayıran “Nüvə Eenerji Qqurğuları” (NEQ) kimi adlanan mənbələr tərəfindn radioaktiv çirklənməsi baş verir. Kosmik texnikada iki növ NEQ istifadə olunur: radioizotop termoelektrik generatorları (RTG) və nüvə reaktorları (NR). Mövcud RTG-lərin elektrik enerjisi 2,5 ilə 300 Vt arasında dəyişir, nüvə reaktorları isə ~ 1-5 kVt və daha çox gücü təmin edir.
Az çəkisi və nisbi sadəliyi səbəbindən RTG-lər, bir qayda olaraq, planetlərarası kosmik gəmilərdə, NR-ı isə 1970-1980-ci illərdə başlanan “Kosmos” seriyasının bir sıra kosmik gəmilərində istifadə edilmişdir.
Yerətrafı orbitdəki NEG-ları olan kosmik gəmilər iki növ radioaktiv çirklənmə yarada bilər: kosmik gəmilərin yaxınlığında artan radiasiya fonu və kosmik gəmilərin qəza dağılması zamanı atmosferin, hətta yer səthinin radioaktiv çirklənməsi. Hər iki növ çirklənmənin təhlükəsi əsasən NR-ları ilə təchiz olunmuş kosmik gəmilərlə əlaqələndirilir. NR-ları ilə işləyən kosmik aparatların dağılması səbəbindən atmosferin və yer səthinin radioaktiv çirklənməsi olduqca nadir hadisədir. Belə çirklənmə 1978-ci ildə "Kosmos-954" peykinin Şimali Kanada üzərindəki atmosferdə anormal tormozlanması zamanı baş verib. Bununla birlikdə kosmik zibilin kosmosa yığılması, kosmik gəmilərin göyərtədəki NR-ları ilə məhv olma ehtimalını və müvafiq olaraq ətraf mühitin radioaktiv çirklənmə riskini artırır.
Kosmik nəqliyyatın fəaliyyətinin insanların sağlamlığına və həyatına təsirləri.Bu istiqamətdə 1992-1998-ci illərdə Rusiyada raket-kosmik fəaliyyətlərin sosial, ekoloji və tibbi nəticələri barədə araşdırmalar aparılmışdır. Tədqiqatlar Altay diyarında, Komi Respublikası, raket komplekslərinin (Qazaxıstandakı Derjavinsk rayonu, Rusiyaının Vladimir və İvanovo vilayətləri) bölgələri) və orta mənzilli raketlərin (Həştərxan vilayəti, Rusiya Federasiyası) və orta mənzilli raketlərin (Həştərxan vilayəti) sökülüb ləğv edildiyi ərazilərdə aparılmışdır. Eyni zamanda Çernobıl qəzasından zərər görmüş bölgələr də (Zhitomir (Ukrayna), Gomel (Belarus) və Bryansk (Rusiya) tədqiqatlara cəlb edilmişdi (burada uzun müddət radioaktiv radiasiyanın təsirinə məruz qalmağın nəticələri araşdırılması).
Tədqiqatçılar qrupu raket-kosmik fəaliyyəti bölgələrində raket yanacaqlarının komponenetləri ilə insanların zədələnməsi problemi ilə məşğul olmaqla bərabər, onların müxtəlif populyasiyalara və insan qruplarına (o cümlədən raket komplekslərində işləyənlərin uşaqlarına və həyat yoldaşlarının reproduktiv orqanlarına) təsiri tədqiq edilmişdir.
İnsanın raket yanacağı komponentlərinə məruz qalması immun, ürək-damar, limfatik və mərkəzi sinir sistemlərinin, mədə-bağırsaq traktının, qanın, qaraciyərin, dərinin zədələnməsinə, reproduktiv fəaliyyətin pozuntularına, anadangəlmə ağır qüsurlara və digər patoloji hallargətirib çıxarır. Bu zaman, ən çox təsir hamilə qadınlar, yeni doğulmuş körpələr və məktəbəqədər uşaqlar üzərində özünü göstərir. Raket yanacağı komponentlərinə məruz qalmanın tibbi-bioloji təsiri ionlaşdırıcı radiasiyaya məruz qalma təsirlərinə son dərəcə oxşardır: saç tökülməsi, burundan qangəlmə, anemiya, asteniya, neyrosirkulyator distoniya və bir çox digər simptom və sindrom. Eyni zamanda, müqayisəli tədqiqatlar raket yanacağının insan bədəninə təsirinin müvafiq ərazilərin ən çirklənmiş zonalarında uzun müddət radiasiya məruz qalmasından daha dağıdıcı ola biləcəyini göstərmişdir.
Maye raket yanacaqlarının - aromatik karbohidrogenlər və kerosin komponentləri ilə ətraf mühitin çirklənməsi həm insanlar, həm də ətraf mühit üçün böyük təhlükə yaradır. Raket yanacağı komponentləri insan orqanizminə hava, su, torpaq (şehdə, çirklənmiş torpaqda gəzərkən), meyvə və tərəvəz vasitəsilə, hətta insan meşədə olanda - toksikantların bitkilərdən təmizlənməsi səbəbindən daxil olur. Raket yanacağının komponentləri ilə çirklənmiş yerlərdə ev quşlarında, böcəklərdə və bitki örtüyündə morfometrik sapmalara rast gəlinir. Raket-daşıyıcıların pillələrinin düşdüyü əraziyə yaxın meşədə isə uşaqların bir gün qalması nəticəsində kütləvi zəhərlənməsi halları olmuşdur.
İlk dəfə “Soyuz” və “Proton” raket-daşıyıcıların buraxılması ilə həmin zonalardakı əhalinin kütləvi sağlamlıq pozğunluqları arasında birbaşa əlaqənin mövcudluğuna dair dəlillər əldə edilmişdir. Məsələn, Baykonur kosmodromundan raket buraxılışından 2-3 gün sonra, Altay diyarının Tretyakovski rayonunun əhalisi kəskin mədə-bağırsaq xəstəlikləri, dəri zədələnmələri, mərkəzi sinir sisteminin pozulması və s. kimi xəstəliklərə məruz qalmışdılar.
Rusiyada raket yanacağı və raket-daşıyıcılarının ayrılan hissələrinin düşmə isə ilə çirklənmiş ərazilərin sahəsi müxtəlif qiymətləndirilmlərə görə 20-100 milyon hektardır. Məsələn, rəsmi məlumatlara görə raket-daşıyıcıların ayrılan hissələrinin düşməsi zonlarına Arxangelsk bölgəsini 9, Komi Respublikasında isə 4 rayonu daxildir.
1988-1991-ci illərdə Kapustin Yar poliqonunun ərazisində orta mənzilli raketlərin (RSD-10) partlaması Həştərxan vilayətinin bir sıra rayonlarının əhalisi arasında ciddi sağlamlıq pozuntularına səbəb gətirib çıxarmışdır. Bu raketlərin partlamasının tibbi və bioloji nəticələri insanların dioksinlərlə Sevezo, Ufa, Hindo-Çin kimi bölgələrdəki kütləvi məhvinin nəticələri ilə tamamilə üst-üstə düşür.
Qitələrarası ballistik raketlərin start şaxtalarındakı partlayışdan sonra Rusiyanın Vladimir və İvanovsk vilayətlərində, Qazaxıstanın Derjavinsky rayonunda əhali arasında onkoloji xəstəliklərin sayında artım qeyd edilmişdir.