Mövzu №09. Kosmik nəqliyyatın ekologiyası [16, 25, 36]



Yüklə 0,67 Mb.
səhifə3/10
tarix02.10.2022
ölçüsü0,67 Mb.
#118070
1   2   3   4   5   6   7   8   9   10
NE MOVZU-09 (2)

3) Keçmiş SSRİ Aya kosmik gəmilərin göndərilməsi yarışlarında məğlub olduqdan sonra uzun müddət, yəni, həftələrcə və perspektivdə aylar ərzində kosmosda qala və elmlə məşğul ola bilən orbital stansiyalarin yaradilmasi ilə asimmetrik cavab verdi. 1971-ci ildə dünyanın ilk orbital stansiyasına ilk ekspedisiya başa çatdı. G.Dobrovolski, V. Volkov və V.Patsayevdən ibarət heyət, orbitdə iyirmi üç günü müvəffəqiyyətlə tamamladı və eniş üçün hazirlandı. Heyət “Soyuz-11” kosmik gəmisinə keçdi və orbital stansiyadan ayrıldı. Tormozlanma və eniş normal elə bil ki, normal keçirdir, ancaq bölmələr ayrıldıqdan sonra heyət ilə əlaqə kəsildi. Enmə vasitəsi uğurlu bir eniş etdi, lakin heyətdə heç bir həyat əlaməti tapılmadı. Reanimasiya tədbirləri də uğurla nəticələnmədi və kosmonavtlar həlak oldu.


Müəyyən edilmişdi ki, kosmonavtlar dekompression xəstəlikdən həlak olmuşdular: gəminin bölmələri ayrıldıqdan sonra ventilyasiya klapanı açılmış, bu da kabinənin hermetikliyinin dağılmasın gətirib çıxarmışdır. Gəminin konstruksiyası isə göyərtədə kosmonavtlar üçün skafandrları nəzərdə tutmamışdı. Belə növ katastrofun qarşısının alınması üçün “Soyuz” gəmilərində yenidən skafandr və onlar üçün oksigen olan qurğular yerləşdirildi. Bu isə bir kosmonavtın yerinin tutulması demək idi. Katastrof səbəbindən belə gəmilərdə uçuş proqramı 27 ay dayandırılmışdır. O dövrdən “Soyuz” gəmiləri 40 ildən çoxdur ki, istismar olunur və çox etibarlı aparat kimi qalmaqdadır.
5) “Kolumbiya”-STS-107 kosmik gəmisi özünün 28-ci uçuşunu uğurla başa vurmasına bir neçə dəqiqə çatmadı. Orbitdə 16 gün olduqdn sonra, geriyə qayıdarkən kosmik gəmi gözlənilmədən atmosferin yuxarı təbəqələrində yanmağa və müxtəlif hissələrə parçalanmağa başladı. Göyərtədə olan 7 astronavt həlak oldu.
Katastrofun baş verməsinin ardıcıllığı belə olmuşdur: -16 yanvar 2003-cü il, uçuşun 83-cü saniyəsi, xarici yanacaq çənindən çemodan ölçülü izolyasiya köpüyünin bir parçası sol qanadı vurdu; -1 fevral 2003-cü il, 8:44:09: atmosferə girmənin başlanmasının şərti nöqtəsinin hündürlüyü 120 km, sonra 74 km hündürlükdə çox olmayan istilik yüklənməsinin 10-dəqiqəlik dövrü başladı; -telemetriya üzrə sol qanadda temperaturun dörd vericisinin göstəricilərinin minimum həddən kənara çıxması barədə informasiya daxil olur; faktiki olaraq qanada aparan naqillər yanmışdır; -telemetriya üzrə sol şassidə təzyiqin düşməsi barədə məlumat daxil olur; -rabitə və telemetriya da kəsilir. Həvəskar çəkiliş kosmik gəminin dağıldığını göstərir.
Bunlarla yanaşı, başqa bir faciə növü var ki, bəzi qeyd-şərtlərlə kosmik fəlakətlərə də aid edilə bilər. Onlar on qat daha çox can almışdır. Söhbət raketlərin qıza buraxılışlarından gedir.
1) 24 oktyabr 1960-cı ildə keçmiş SSRİ-nin Plesetsk kosmodromunda “P-16” raketinin sınağı planlaşdırılmışdı. Layihənin bəzi iştirakçıları raketdən yalnız 17 metr məsafədə dayanaraq və sınaqdan qorxmadıqlarını göstərməyə çalışdılar. 30 dəqiqəlik hazırlıq elan edildi, lakin tezliklə alovu başlamağa hazır olmayan yanacaq çənlərinin piromembranlarını qıra bilən ikinci pillə mühərriki qəfələtən işə düşdü. Qar uçqununa bənzər yanğın başladı (şəkil 2.xx), yanğın dalğaları hər tərəfə yayılmağa başladı şahidlər qışqıraraq yanan insanların raketdən uzaqlaşdıqlarını göstərmişdilər. Qəza-xilasetmə işlərinə yalnız iki saat sonra alovlar sönəndə başladıldı. Nəticədə 78-126 nəfər həlak oldu.
2) 8 avqust 1965-ci ildə ABŞ-ın Arkanzas ştatında qapalı raket şaxtasında yanğın nəticəsində 53 nəfər həlak olmuşdur. Əsas səbəb kimi isə hidravliki şlanqın zədələnməsi səbəbindən oksigenin axması və kortəbii yanmanın və güclü yanğının baş verməsi olmuşdur. Bununla belə, şaxtadakı raket partlamamış və şaxta 13 aydan sonra bərpa edilmişdir.



Şəkil 2.xx. Solda “P-16” raketinin partlaması və yanğının əmələ gəlməsi, sağda strat meydançasında paketin qalıqları


3) 18 mart 1980-ci ildə Plesetsk kosmodromundan göyərtəsində “İkar” cəsus peyki olan “Vostok” gəmisinin orbitə buraxılışına hazırlaşırdılar. Kerosin, maye oksigen, azot kimi yanacaq raketə doldurulurdu. Son mərhələdə isə doldurma hid­rogen peroksid ilə aparılmışdı. Məhz bu mərhələdə yanma başlamış, nəticədə 200 ton yanacaq partlamış, güclü yanğın başlamışdır, nəticədə, yerində 44 nəfər həlak olmuşdur. Yanıq alan 4 nəfər xəstəxanada ölmüş, sağlan yaralıların sayı 39 olmuşdur.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin