Elektromaqnit çirkənmə. Kosmik aparatların cihaz və avadanlıqları ilə yaranan elektromaqnit şüaları ionosfer plazmasının modifikasiyasını və maqnitosferdən elektronların aparılmasını şərtləndirə bilər.
Ətraf mühitin yanma məhsulları ilə çirklənməsindən əlavə olaraq, yanma məhsulunun tullanması şırnağı yerətrafı təbəqədə güclü burulğan axınlarının yaranmasına gətirib çıxarmaqla troposferə mexaniki təsir göstərir. Belə burulğan formaları tornado, qasırğa və s.mərkəzləri ola bilər.
Raket-daşıyıcılarının buraxılışını müşaiyət edən ionosfer fenomenlərindən biri "Skylab effekti" adlanan prosesin aşkar edilməsi olmuşdur. Bu fenomen 1973-cü ilin may ayında “Skylab” stansiyasının güclü “Saturn” raket-daşıyıcısı ilə kosmosa çıxarılması ilə müəyyən edilmişdir. Belə ki, raket-daşıyıcının mühərrilkləri ionosferin maksimum ionlaşdşrılası zonasının yerləşdiyi 300-400 km-ə qədər hündürlüklərdə işləmişdir. Raketin buraxılmasına bir sutka qalmış dövrdə və buraxılma dövründə ionosferdəki elektronların konsentrasiyalarının müqayisəli təhlili göstərmişdir ki, raket-daşıyıcının kosmosa buraxılmasından sonra elektronların konsentrasiyası 50% azalmışdır. Bu zaman radiomayak müşahidə məlumatlarına görə ionsferdəkil bu təlatümlərin sahəsi təxminən 1 mln. km2-ə çatmışdır.
Bu günə qədər raket-daşıyıcıların atmosferin kimyəvi tərkibinə təsirinin qiymətləndirilməsi üçün bir sıra eksperimental tədqiqatlar və model qiymətləndirmələri aparılmışdır.
Məsələn, raket-daşıyıcıların mühərrikləri tərəfindən atılan aerosol hissəcikləri stratosferdə bir il və ya daha çox müddət mövcud ola bilər ki, bu da atmosferin istilik balansına təsir göstərmə effektinə malikdir.. Bundan əlavə, xlor, azot və hidrogen birləşmələri kimi yanma məhsulları ozon molekullarını əhatə edən reaksiyaların katalizatorudur və onların ozonun fotokimyəvi dövriyyəsindəki rolu böyükdür.
“Skylab” stansiyası yaxınlığında ətraf mühit parametrlərinin ölçülməsi zamanı müəyyən edilmişdir ki, ətrafdakı təzyiqlə müqayisədə onun ətrafındakı təzyiq 1000-10000 dəfə çoxdur. Həmçinin qazlı maddələrin stansiya materiallarından ayrılması ilə, elektromaqnit şüalanmasında və yüklənmiş hissəciklərin axınları ilə şərtləndirilən hallarda neytral və ion tərkibində nəzərə çarpan dəyişikliklər də qeyd edilmişdir.