MÖVZU 1-2 TƏHLİL ÜÇÜN SUALLAR Həyatımızda üzləşdiyiniz üç mühüm seçimə misal göstərin.
Bir filmi seyr etmənin alternativ dəyəri nədir?
Su həyat üçün zəruridir. Bir qədəh suyun marjinal faydası böyük yaxud kiçikdir?
Nə üçün iqtisadçılar stimulları düşünməlidir?
Nə üçün ölkələr arasındakı ticarəti qalib və uduzan tərəfi olan bir oyuna bənzətmək yanlış olardı?
Bazarın “gözəgörünməz əli” nə edir?
Bazarın iflasının iki başlıca səbəbini izah edib hər biri üçün bir misal göstərin.
Nə üçün məhsuldarlıq əhəmiyyətlidir?
İnflyasiya nə deməkdir, onun səbəbləri nədir?
Qısa müddət ərzində inflyasiya ilə işsizliyin arasındakı əlaqəni izah edin.
TƏHLİL ÜÇÜN SUALLAR İqtisadiyyat hansı cəhətlərdə dəqiq elmdir?
Nə üçün iqtisadçılar fərziyyələr irəli sürmək məcburiyyətindədirlər?
İqtisadi model reallığı dəqiqliklə əks etdirməlidirmi?
Süd və peçenye istehsal edən iqtisadiyyat üçün istehsal imkanları həddini çəkin və izah edin? Əgər xəstəlik inəklərin yarısını öldürərsə həddə nə baş verəcəkdir?
İstehsal imkanları həddini istifadə edərək “səmərəlilik” ideyasını izah edin?
İqtisadiyyatın iki alt bölümü hansılardır? Hər bir alt bölümün nəyi öyrəndiyini izah edin?
Pozitiv və normativ fikir arasındakı fərqi izah edin? Hər birinə nümunə göstərin.
İqtisadi Məsləhətçilər Şurası nədir?
Nə üçün bəzən iqtisadçılar siyasətçilərə ziddiyyətli məsləhətlər verirlər