Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   48   49   50   51   52   53   54   55   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

biri düzgün nəfəs almadır
. Düzgün nəfəsalma zamanı hava 
ağciyərlərin lap dərinliyinə daxil olmalıdır. Düzgün nəfəs aldığınızı müəyyən 
etmək üçün ovucunuzun birini sinənin yuxarı hissəsinə, ikincini qarnınızın üzərinə 
qoyun. Bu halda dərindən nəfəs alın. Əgər sinə qalxırsa, deməli düzgün nəfəs 
almırsınız. Düzgün nəfəsalma zamanı sinə yox, qarın qalxmalıdır. Düzgün 


nəfəsalmanı öyrənərək siz öz səsinizi daha dərin və səsli edirsiniz. Siz havadan 
onun boğazdan, ağızdan, burun dəliyindən, dil üzərindən, dişlərdən, dodaqlardan 
və burundan keçdiyi zaman səmərəli istifadə edə bilərsiniz. Bundan başqa düzgün 
nəfəs almanın köməyi ilə siz qışqırmağa və ya pıçıldamağa keçmədən səsinizi 
qaldıra və azalda bilərsiniz. 
Açıq səs rezonansı
olduqca faydalıdır. Səs tam səslənmə əldə etməsi üçün o 
bədənin yuxarı hissəsində və başda rezonanslaşmalıdır, boğazda yox. Bunun üçün 
ağızı daha geniş açmaq və sözləri səs tellərindən dodaqlara istiqamətləndirmək 
lazımdır. Bu prosesləri bir neçə etapa bölmək olar: 
nəfəs alma, nəfəs 
buraxma,
fonasiya
(havanın səs tellərinin arasından keçməsi), 
rezonans 
(boğaz, 
ağız 
və 
burun 
boşluqlarında 
səs 
dalğalarının 
güclənməsi), 
artikulyasiya 
(dodaqların, çənələrin, dişlərin köməyi ilə səslərin 
formalaşması). 
İntonasiya 
səsin yüksəlməsi və azaldılması onun tonunun dəyişməsidir. İntonasiya 
olduqca əhəmiyyətlidir, çünki məruzəçinin monoton nitqindən darıxdırıcı və 
yatızdırıcı heç nə yoxdur. İntonasiya deyilənə məna verir, onun köməyi ilə ayrı-
ayrı sözləri və frazaları ayırmaq olur. Və bunun üçün heç də dinləyiciləri 
qorxudaraq qışqırmağa ehtiyac yoxdur. Dinləyicilərin çoxu natiq sözün əsl 
mənasında cığırmağa başlayanda inciyirlər. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin